2023-cü il 15 oktyabrında Xankəndi şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi bir gündür. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Prezident İlham Əliyev həmçinin Ağdərə, Xocavənd, Xocalı və Xankəndi şəhərlərində Azərbaycanın Şanlı Bayrağını ucaltdı. Tərtər rayonunun Suqovuşan qəsəbəsində təmir-bərpa işləri ilə tanış olmuşdur
20 il əvvəl prezident seçilən İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində Azərbaycan gücləndi,dünya miqyasında söz sahibi oldu. Prezidentimiz hər zaman torpaqlarımızın geri qayıdacağına, Xocalı qətliamında iştirak etmiş amansız qatillərin hesab verəcəyinə bizi inandırmışdı. “ Nəyi nə zaman edəcəyimi mən bilirəm ” dedi və dediklərini bir-bir yerinə yetirdi. Biz çox xoşbəxt insanlarıq ki, bu qürur və fəxarət dolu günlərin şahidi oluruq. Bu günləri bizə yaşadan Cənab Ali Baş Komandanımıza,canı və qanı bahasına döyüşüb torpaqlarımızı azad edən oğullarımıza nə qədər təşəkkür etsək azdır. Allahdan Şəhidlərimizə Rəhmət, Qazilərimizə şəfa diləyirəm.
20 illik uğurlu siyasətin nəticəsində Azərbaycan dünyada söz haqqına sahib oldu, artıq dünya ölkələri Azərbaycanla hesablaşır. Azərbaycan həm siyasi, həm hərbi,həm iqtisadi cəhətdən gücləndi. Bunun nəticəsində 3il əvvəl 44gün ərzində torpaqlarımızın çox hissəsini işğaldan azad edildi. Son 3 il ərzində azad edilən torpaqlarda yenidən qurma işləri aparıldı,xarabalığa çevrilən Qarabağımız yenidən çiçəkləndi. Artıq məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Qarabağda həyat yenidən canlanır.
Azərbaycan ərazilərini sülh danışıqları ilə bərpa etmək istəsə də qondarma rejim və Ermənistan hakimiyyəti, hətta vasitəçilik edən qurumlar da razılaşmırdı. Bizim üçün müharibədən başqa çıxış yolu qalmamışdı. 19 sentyabrda başlayan və cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü tamamladı. Son yüz ilin ən böyük uğurunu əldə etdi. Azərbaycan öz ləyaqətini bərpa etdi. İlham Əliyevin də dediyi kimi Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq!
Bakıxanov qəsəbəsi, 96 nömrəli orta məktəbin
Kimya müəllimi Şəbnəm Rəhimova