"Mahal" MTK-nın sədri Elvin Rəhimov - 27 sentyabr tarixi xalqımızın yaddaşında əbədi iz buraxacaq bir tarixi dövrdür. Damarlarımızda qanımızın donduğu bir tarix...2020-ci il 27 sentyabrda Azərbaycan-Ermənistan müharibəsi başlandı. Xalqımızın illərlə gözlədiyi bu tarixi gün yetişmişdi. Qisas günü, qələbəyə aparan gün! Həm kədərlənirdik ki, müharibə dincliyi pozacaq, oğullarımız ölüm-dirim savaşına gedəcək. Axı heç bir müharibə itkisiz, qansız-qadasız ötüşmür. Həm də qürur və düşmənə nifrət hissi qəlbimizi parçalayırdı. Nəhayət, düşmənə layiq olduğu yeri göstərmək, tarixi ədaləti bərpa etmək, Birinci Qarabağ müharibəsinin qisasını almaq məqamı yetişmişdi.
44 günlük əks-hücum əməliyyatlarını xalqımız və dövlətimiz müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə aza edilməsi oldu. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Ordumuzun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Bəli, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız, nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasına oturmağa məcbur etdi. Nəhayət, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı idi. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Beləliklə, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etmiş oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi reallaşmış oldu.
Artıq Qarabağımıza heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Bütöv bir Qarabağ var.
“Mən artıq qaçqın deyiləm” sözlərini eşitmək hər bir azərbaycanlının ən xoşbəxt anlarıdır.
Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itki verməklə qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibənin aparılması doktrinasında ciddi dəyişikliklər etdi.
Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu.
Regionda Azərbaycan maraqlarına cavab verən yeni siyasi reallıq yarandı . Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı. Yaşasın, “Dəmir yumruq!”
Bəli, qələbəmizi təmin edən ordu və xalq birliyini yaradan “Dəmir yumruq”!