XX əsrin 80-ci illərinin sonlarında cərəyan edən tarixi-siyasi proseslərdə Azərbaycan xalqının müstəqil dövlətçiliyə sahib olmaq istəkləri açıq şəkildə özünü göstərirdi. Gedən proseslərin nəticəsində Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini yenidən bərpa etdi. 1990-cı illərin əvvəllərində, müstəqilliyimizin ilk dövrlərində ölkədə siyasi hakimiyyət uğrunda gedən çəkişmələr, xaos, anarxiya, nəticəsində siyasi böhran artmış və qazanılan müstəqilliyimiz təhlükə altına düşmüşdü. AXC - Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində torpaqlarımızın bir hissəsi erməni işğalçılarının əlinə keçmişdi. Bütün bunların qarısının alınması əvəzinə hakimiyyət vəzifədə qalmaq uğrunda mübarizə aparırdı. 1993-cü ilin iyun ayında vətəndaş müharibəsi astanasında olan xalqımız Azərbaycan dövlətini bu bəlalardan xilas etmək üçün Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetin sədri seçilən Heydər Əliyev qardaş qırğınının qarşısını aldı, müstəqilliyini möhkəmləndirdi, onu əbədi və dönməz etdi. Həmin ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi yolunda mühüm addımlar atdı.1993-cü il noyabrın 1-də respublikanın bütün imkanlarını ordu quruculuğu məsələlərinə səfərbər etmək üçün Dövlət Müdafiə Şurası yaradıldı.Bunun nəticəsində gücləndirilmiş Azərbaycan ordusu 1993-cü il dekabrın ortalarında düşmənin Beyləqan istiqamətində hücumunun qarşısını aldı.1994-cü ilin yanvarında Horadiz qəsəbəsi və Füzuli rayonunun 22 yaşayış məntəqəsi düşməndən azad edildi.Ulu Öndər Heydər Əliyevin Milli Ordunu gücləndirməsi nəticəsində Ermənistan və onun havadarları Qarabağ münaqişəsinin silah gücünə həll etmək cəhdlərinin münkün olmadığını dərk etdilər. 1994-cü il mayın 8-də atəşin dayandırılması haqqında Bişkek protokolu imzalandı. Yaranmış sabitlikdən istifadə edən Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu,sosial iqtisadi, mədəni sahədə tədbirlər gördü.1995-ci il noyabrın 12-də .Azərbaycan dövlətinin Əsas Qanunu –Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Elə həmin gün ilk dəfə demokratik parlament seçkiləri keçirildi. Senzura aradan qaldırıldı, Şərqdə ilk dəfə olaraq ölüm hökmü ləğv edildi.
Azərbaycanın yeni neft strategiyasının əsası 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyuldu.Bu strategiya zəngin neft-qaz ehtiyalarını xarici bazarlarda satmaqdan və əldə edilmiş gəlir hesabına respublika iqtisadiyyatının bütün sahələrini inkişaf etdirməkdən,əhalinin maddi rifahını yüksəltməkdən ibarətdir.
Azərbaycan Respublikasının xarici siyasətinin vacib istiqamətlərindən biri enerji diplomatiyası idi. Bu sahədə görülən tədbirlər nəticəsində külli miqdarda xarici sərmayənin respublikaya axmasına şərait yaratdı.Enerji diplomatiyasının uğurla aparılması Azərbaycanda sosial iqtisadi və siyasi sabitliyin əldə edilməsinə və ölkənin müstəqil dövlət kimi möhkəmləndirliməsinə gətirib çıxartdı.
Müstəqil Azərbaycan Respublikasının memarı, milli idealogiyamızın banisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mütərəqqi dövlətçilik ideyaları, müdrik siyasəti müasir dövrdə də uğurla inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı müasir dövrün yeni siyasi lideri İlham Əliyevin bütün sahələrdə imza atdığı çoxsaylı uğurlar Azərbaycanı regionda nüfuz, güc sahibi etməklə yanaşı dünya arenasında söz sahibinə çevirmişdir.
Bakıxanov qəsəbəsi, 271 N-li tam orta məktəbin
Müəllimi Xatirə Əsədova