Biz müstəqilliyimizi 1991-ci ilin oktyabrında siyasi və hüquqi cəhətdən elan etsək də, əməli cəhətdən müstəqilliyimizi qurmaq mümkün olmadı. Həmin dövrdə hakimiyyətdə olan insanların səriştəsizliyi, milli maraqlara uyğun qərarın qəbul edilməməsi, Ayaz Mütəlimov hakimiyyətinin Moskvaya sıx bağlı olması ümumilikdə isə dövlət idarəçiliyinin xəyanətkar mövqeyi imkan vermədi ki, öz müstəqil dövlətimizi quraq. 1993-cü il 15 iyununda Milli Məclisin sədri seçilən Ümummili lider Heydər Əliyev 1993-cü ilin 3 oktaybr tarixində böyük səs çoxluğu ilə Azərbaycan dövlətinin Prezidenti seçildi və Azərbaycan Respublikasının müasir dövlət quruculuğu prosesi bununla başlamış oldu. Ümummili liderin hakimiyyətə gəlməsi Azərbaycan üçün zəruri bir hadisə idi. Xalqın çoxdan arzuladığı və istədiyi siyasi bir proses idi. Məhz Azərbaycan xalqı Heydər Əliyevi sovet dövründə ölkəyə rəhbərlik etdiyi illərdə bir lider kimi qəbul etmişdir. Heydər Əliyev xalqımız, millətimiz, dövlətmizin üçün olduqca faydalı və gərəkli işlər görmüşdür, bu fəaliyyətini də Azərbaycan xalqı yaxından izləyirdi.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi, məhz dağıdıcılıq prosesinin qarşısını aldı, dövlət quruculuq prosesi başladı. Həmçinin, qısa müddət ərzində həm Heydər Əliyevə sui-qəsdlər təşkil olundu, həm dövlət çevrilişlərinə cəhd göstərdilər. Ümummilli lider bunların hamısını böyük bir fədakarlıqla qarşısını alaraq Azərbaycan xalqına bəyan etdik ki, bundan sonrakı ömrümü də, Azərbaycana həsr edəcəm. Həqiqətən də, bu, belə də oldu. 1996-ci ilə qədər Azərbaycanda iqtisadi tənəzzül sabitləşdi və 1996-ci ildən sonra Azərbaycanda islahatlar iqtisadi inkişaf dövrü başladı. Heydər Əliyevin Prezidentlik dövrü dövlətçiliyimizin əsasının qoyulmasına, strategiyamızın inkişaf etməsinə imkan verdi. Heydər Əliyevin siyasi fəlsəfəsi indiki Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümmummilli lider bütün çıxışlarında qeyd edirdi ki, Azərbaycanın müstəqilliyi dönməzdir, sarsılmazdır. Ulu Öndər bütün çıxışlarında Qarabağın, eyni zamanda, digər ərazilərimizin işğaldan azad ediləcəyini deyərək, buna inanırdı. 2003-cü ildə isə Ulu öndər Heydər Əliyevin arzularını, ümidlərini, özü qədər güvəndiyi insana İlham Əliyevə həvalə etdi. Bu gün Azərbaycan sayılan və seçilən qüdrətli bir dövlətdir. Artıq torpaqlarımız düşmən tapdağından azad olunub. Azərbaycan tək öznünü deyil bölgənin iqtisadi, sosial inkişafında, eyni zamanda, sülhün barışın təmin olunmasında müstəsna rol oynayır.
Məmmədov Mikayıl-Maştağa bələdiyyəsinin sədri