23 aylıq müstəqillik dövründən sonra Azərbaycan yenidən 1920-ci il aprel ayının 28-də Rusiyanın işğalı altına düşdü. Sovet Rusiyasının işğalı bəs etmirmiş kimi XX əsrin 80-ci illərində Erməni təcavüzünün artması ölkədə daxili vəziyyəti daha da mürəkkəbləşdirmişdi.
Ölkədə daxili vəziyyətin daha da mürəkkəbləşməsi Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra baş vermişdir.
1991-ci il oktyabrın 18-də çoxdan gözlənilən müstəqilliyimiz nəhayət bərpa edildi. Müstəqilliyimizin bərpasına baxmayaraq ilk illərdə ölkədə daxili vəziyyət o qədər də ürəkaçan deyildi. Erməni təcavüzünün daha da artması, silahlı qüvvələrin sayının azlığı, dövlət idarəçilik sisteminin zəif olması, vətəndaş müharibəsi təhlükəsinin yaranması və s. səbəblər Azərbaycanın dövlət müstəqilliyini itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdur.
Xalqımız bu vəziyyətdən çıxış yolu axtarırdı və xalqımız bunun yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşündə görürdü. İyun ayının 9-da xalqın və rəhbər orqanların dəvəti ilə Uli Öndər Heydər Əliyev Bakıya gəldi.
1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı mühüm tarixi hadisə kimi yaddaşlara həkk olundu. O vaxtdan etibarən hər il 15 iyun tarixi “Milli Qurtuluş Günü” kimi qeyd edilir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə