Azərbaycan və Litva arasında münasibətlər strateji tərəfdaşlığa əsaslanır. Bu dövlərlər arasında əməkdaşlığın genişləndirilməsi üçün daha böyük layihələr qurulacaq və siyasi səviyyədə olduğu kimi sürətli işlər planı həyata keçiriləcəkdir.
Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olması, ərazimizin 90 faizinin infrastruktundakı dəyişikliklər bina, o cümlədən abidələrin dağıdılması ölkəmizə həm mənəvi, həm də maddi ziyan vurmuşdur.
Beynəlxalq norma və prinsipləri əhatə edən sülh danışıqlarının aparılması Qafqaza uzunmüddətli sülh gətirəcək.
Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda Avropa İttifaqı-Azərbaycan çərçivəsində də mühüm rol oynayır. Belə ki, dövlətlər arasında enerji növlərinin yaradılması, Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanı yaratmaq kimi ortaq maraq dairəsi mövcuddur.
Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Birgə səylər nəticəsində layihələr həyata keçirmək uğurlu əməkdaşlığa nail olacağıq.
Cari ilin 22 may tarixində Vilnsüdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə imzalanmış əməkdaşlıq sənədləri uğurlu layihələrə atılan addımı reallaşdıracaq.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
təsviri incəsənət müəllimi Qızxanım Novruzova