Prezident İlham Əliyev cari ilin 22 may tarixində Litvaya rəsmi səfər etmişdir. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, danışıqlar aparılmışdır. Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan ilə Litva arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir, yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir mütəmadi görüşlər münasibətlərin inkişafına töhvə verir. Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar iki ölkə arasında iqtisadi, ticarət, investisiyalar, energetika, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil və.s sahələr üzrə mövcud münasibətlərin inkişaf etdirir.
Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən danışan prezident İlham Əliyev çıxış ederek bildirmişdir ki, Azərbaycan torpaqları uzun illər ərzində 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. O qeyd edərək bildirib ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.
Səfər çərçivəsində biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılması üçün Vilsün şəhərində keçirilmiş Azərbaycan-Litva biznes formunda iştirak etmişdir. Biznes forumu investorların böyük marağına səbəb olub. Tədbirdə Litvanın 50-dən çox şirkəti iştirak edib. Forumun yekununda 3 saziş imzalanıb.
Keçirilən biznes forumda ölkələrimizdə icrası planlaşdırılan layihələrin növləri, o cümlədən işgüzar dairələrin onlarda iştirakı yolları barədə bir çox müzakirələr olub. Bu Azərbaycan və Litva dövlətinin birgə əməkdaşlığı üçün önəmlidir.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
əməkdaşı Aytac İsmayılova