Azərbaycan qüdrəti beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyindən göründüyü kimi bütün sahələrdə dayanmadan inkişaf edir. Bir neçə il öncəyə nəzər salsaq, görərik ki, dünyada ard-arda baş verən iqtisadi böhranların ölkəmizə ya təsiri olmayıb, ya da Azərbaycan bu böhranlardan ən az fəsadlarla çıxmağı bacarıb. Bu, ölkəmizin təkcə iqtisadi yox, həm də digər sahələrdə davamlı inkişafını bir daha sübut edir.
Hazırda dünyada baş verən prosesləri nəzərdən keçirib Azərbaycanın bu proseslər fonunda roluna baxsaq asanlıqla anlaya bilərik ki, Avropa dövlətləri ağır enerji böhranından çıxış yolunu Azərbaycanda görür, ölkəmizin əhəmiyyətini anlayır və əməkdaşlığa üstünlük verirlər. Heç şübhəsiz bütün bu uğurlara dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların, reallaşdırdığı nəhəng layihələrin effektli nəticələri, həmçinin onun müdrik idarəçiliyi, diplomatik bacarığı sayəsində nail olmuşuq.
Son 30 il ərzində ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Torpaqlarımızın işğaldan sonra bərpası və sülh danışıqlarının vacibliyini diqqətə alsaq beynəlxalq tərəfdaşlıqlar həqiqətən də çox önəm kəsb edir.
Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Məhz bu baxımdan sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir!
Cari ilin 22 may tarixində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə rəsmi görüş keçirilib. Bu görüşün strateji tərəfdaşlıq xarakteri daşıyır və heç şübhəsiz gələcək siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərəcək. Düşünürəm ki, Prezident İlham Əliyevin bu tədbirdə şəxsən iştirakı danışıqların önəmini bir qədər də artırmışdır.
Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Keçən il Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi, eləcə də cari ilin əvvəlində iki ölkənin dövlət başçılarının Davosda baş tutmuş görüşü onu göstərir ki, ölkə rəhbərləri arasında fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Azərbaycan və Litva Prezidentləri arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları iki ölkə arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar.
Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin son iki ildə keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Xarici dil müəllimi İlahə Quliyeva