Cari ilin 22 may tarixi Prezident İlham Əliyevin Litva dövlətinə rəsmi səfəri olub və səfər zamanı Litva Respublikasının Prezidenti Gitanas Nausedan ilə Azərbaycan-Litva münasibətlərini möhkəmləndirən mühim sənədlər imzalanıb.
Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.
Gələcək illərdə ticarət, iqtisadiyyat sahələrində də razılaşmalar əldə ediləcək, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Keçən ilin may ayında Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri zamanı Bakıda Litva-Azərbaycan biznes formu keçirilməsi, həmçinin, bir il ərzində bu ölkənin ikinci dəfə biznes forumda çıxış etməsi göstərir ki, hər iki tərəfin bu məsələdə maraqlıdır.
Prezident İlham Əliyev həmçinin Litva Prezidentini Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqları haqqında məlumatlandırıb. Cənab prezident qeyd edib ki, Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altında olub və bu zaman kəsiyində bir milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb, həmçinin işğal edilmiş ərazilərdə bütün infrastruktur tamamilə işğalçılar tərəfindən dağıdılıb. Buna baxmayaraq, Azərbaycan tərəfi yenə də, düşünür ki, sülh anlaşmasının imzalanması qaçılmazdır. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir. Azərbaycan tərəfi bu məqsədə çatmaq üçün ciddi səylər göstərir.
Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, Litva ölkəsi ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı-Azərbaycan münasibətlərində də önəmli rol oynayır və Litvaya bu əlaqələrin möhkəmlənməsində göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk.
Bilirik ki, Azərbaycan təbii qazının Avropa bazarlarına çıxarılması ilə bağlı çox ciddi addımlar atılır və bunun nəticəsidir ki, ixrac edilən qazın həcmi durmadan artmaqda davam edir. Məlumdur ki, Avropa istiqamətində tranzit yüklərin həcminin artması nəqliyyat əlaqələrinin güclənməsini daha da, zəruriləşdirəcək. Volqa-Baltik gəmiçilik kanalı Xəzər və Baltik dənizləri arasında əlaqələrdə mühim nəqliyyat vasitəsidir. Azərbaycanın bu istiqamətdə yükdaşımada imkanları olduqca genişdir. Beynəlxalq əlaqələrin daha da güclənməsi üçün qitələri birləşdirən nəqliyyat infastrukturlarının daha da inkişafı ilə bağlı hər iki ölkə görüş zamanı qarşılıqlı razılıq əldə etmişdir. Bu Azərbaycanın gələcək inkişafı üçün çox böyük addımdır.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Vəfa Babayeva