Azərbaycan Avropanın enerji xəritəsinin yenidən cızılmasında mühüm rol oynayır

Azərbaycan Avropanın enerji xəritəsinin yenidən cızılmasında mühüm rol oynayır
Prezident cənab İlham Əliyevin Bolqarıstana səfəri tarixi əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar bir daha onu göstərir ki, Prezidentimizin rəhbərliyi ilə xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır. 2015-ci ildə Avropa İttifaqına üzv olan Bolqarstanla imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” birgə bəyənnamə çox böyük əhəmiyyətə malikdir.
Bolqarıstan, eyni zamanda NATO və Aİ üzvüdür. Sadəcə bu fakt yetərlidir ki,münasibətlərimiz hər iki ölkə üçün nə qədər böyük əhəmiyyətə malikdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastukturları yaradıb. Bütün bu obyektlər bir məqsəd güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaq. İqtisadiyyat və sərmayə sahəsində əməkdaşlıq üçün də çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycana dəvət olunacaq və işğaldan azad olunmuş ərazilərdə əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.
Hal-hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Artıq Azərbaycan Avropanın enerji xəritəsinin yenidən cızılmasında mühüm rol oynayır.TAP və TANAP lahiyələrinin işə düşməsi bir daha ölkə başçısının enerji sahəsində uğurlu siyasətinin məntiqi nəticəsidir ki,bu gün bu layihələr Avropaya yeni enerji xətlərinin çəkilməsində mühüm rola malikdir. “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorun” həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula FON detr Lyayenin qatılmasını da xüsusi vurğulamaq lazımdır. Serbiya və Şimali Makedoniya prezidentlərinin prezidentimiz haqqında səsləndirdikləri fikirlər məhz dövlət başçısına və Azərbaycana verilən xüsusi qiymət idi. İstər Cənub Qaz Dəhlizi, istərsə də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun reallaşması Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə vermiş olacaq. Memoranduma əsasən,növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracını 2 dəfə artıracaq. İGB-nin ötürmə qabiliyyətinin 3.5 milyard kubmetrdən 5.5 milyard kubmetrədək artırılması isə Macarıstan, Slovakiya, Ruminıya və Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
müəllimi Şəbnəm Rəhimova


Oxşar xəbərlər