Azərbaycan dövləti uzun illərdir ki, bir çox dövlətlərlə dostluq, sosial-iqtisadi və siyasi əlaqələr saxlayır. Bu gün dövlətimizin günü-gündən inkişafının əsas səbəblərindən biri də məhz budur.
Tərəfdaşlıq etdiyimiz bu çoxsaylı ölkələrdən biri də Litva dövlətidir. Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və dövlətlər arasındakı razılaşmalar yalnız siyasi müstəvidə deyil digər sahələrdə də öz müsbət təsirini göstərir. Gələcəkdə də bu tərəfdaşlığın davam etdirilməsi və xüsusilə iqtisadiyyat, ticarət sahələrində uğurlu addımlar atılacağı planlaşdırılır. Litva dövləti ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, Avropa ittifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Ölkəmizə məxsus təbii qazın Avropa bazarına nəql edilməsi ilə bağlı çox ciddi və uğurlu addımlar atılmaqdadır. Bugün Azərbaycan öz neftini, təbii qazını və elektrik enerjisini ixrac edir və həmçinin gələcək planlarda hidrogen və yaşıl hidrogenin ixracı nəzərdə tutulur.
Litva və Azərbaycan dövlətləri arasında əməkdaşlıq çərçivəsində atılan uğurlu addımlardan biri də bərpaolunan enerji növlərinin yaradılması ilə bağlıdır ki, bu sahəyə hər iki dövlət xeyli maraq göstərir. Hər iki ölkədə Baltik – Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Müasir infrastrukturumuza əsasən əminliklə deyə bilərik ki, ölkəmizin ərazisindən keçən tranzit yüklərinin həcmi ildən-ilə artmaqdadır. Ölkələr arasında bu sahə də uğurlu əməkdaşlıq layihələri planlaşdırılır.
Dövlətimiz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edir. Xəzərdə daha çox yük daşıya biləcək gəmilərin tikintisinə xüsusi investisiyalar qoyulur ki, bu da çox böyük daşımalar imkanı yaradacaq və ölkəmizə əlavə dəyər gətirəcək.
Uğurlu əməkdaşlıq üçün ən önəmli şərtlərdən biri, ölkənin iqtisadi sabitliyidir. Bugün ölkəmizin xarici borcu çox aşağıdır və milli valyutamız sabitdir. Buda o deməkdir ki, Azərbaycan dövləti bundan sonra da uğurlu əməkdaşlıqlar edəcək və ölkəmiz günü-gündən inkişaf edərək öz mövqeyini daha da möhkəmləndirəcək.
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə