Azərbaycan və Tacikistan münasibətləri çox qədim tarixə malikdir. İllər keçdikcə isə bu münasibətlər daha da möhkəmlənmiş və dövlətlər arasında iqtisadi - diplomatik əlaqələr genişlənmişdir. 1990-cı ildə həm Azərbaycanda, həm də Tacikistan dövlətində ictimai-siyasi sabitlik pozulmuşdu və ölkələr arasında vətəndaş müharibəsi gedirdi. Həmin tarixdən etibarən dövlətlər arasında qardaşlıq münasibətləri daha da uğurla inkişaf etməyə başladı. Müharibə zamanı hər iki dövlətin başçıları, ölkələrini inkişaf yoluna çəkmək üçün əllərindən gələni əsirgəmədilər və məqsədlərinə nail oldular. Onların sayəsində bugün biz əminliklə deyə bilərik ki, həm Azərbaycan, həm də Tacikistan dövləti müstəqil, sabitliyi və təhlükəsizliyi təmin olunmuş respublikadır və aralarındakı dostluq, həmrəylik münasibətləri əsrlər boyu olub, olacaqda.
Təsadüfi deyil ki, bu gün Azərbaycanda tacik mədəniyyəti, Tacikistanda isə Azərbaycan mədəniyyətinə böyük dəyər verilir. Tacikistanda, bizim dahi şairimiz Nizami Gəncəvi xüsusilə çox sevilir və ona ehtiram bəslənilir. Qürur hissi ilə vurğulaya bilərik ki, ölkəmizdə təhsil alan xarici tələbələrin sayı günü-gündən artmaqdadır və onların arasında tacik tələbələrini xüsusilə qeyd edə bilərik. Azərbaycanlı tələbələr də Tacikistanda təhsil almağa böyük maraq göstərirlər.
Qeyd etdiyimiz kimi, liderlərin uğurlu siyasəti nəticəsində Tacikistan və Azərbaycan arasında münasibətlər daha da möhkəmlənmiş və dövlətlər arasında bütün istiqamətlər üzrə irəliləyişlər mövcuddur. Tacikistan sabitlik hökm sürən və bizə yaxın ölkə olduğu üçün orada, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib və ən qısa zamanda irəli addımlar atılacaq. Təbii ki, nəzərdə tutulan planlar bununla bitmir, nəqliyyat-logistika qarşılıqlı əlaqələri, sənaye kooperasiyası və digər məsələlərlə bağlı uğurlu addımlar atılacaq. Hətta, yaxın günlərdə dövlətlər arasında mədəni, sosial-iqtisadi inkişafla əlaqədar bir çox sənədlər imzalanmışdır.
Bütün bu sadaladıqlarımıza əsasən deyə bilərik ki, Tacikistan və Azərbaycan dövlətləri hər zaman həmrəy olacaq və aralarındakı bu dostluq, qardaşlıq münasibətləri əbədi olaraq qalacaqdır.
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə