14 dekabr tarixində Türkmənbaşı şəhərində təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə prezidentlər İlham Əliyev,Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibli görüşündən sonra Azərbaycan – Türkiyə-Türkmənistan arasında bir sıra sənədlər imzalamışdır.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memarandum sənədi də imzalanmış sənədlər sırasındadır.
Bu sənəddə hər üç dövlətin nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar nəzərə alınmışdır.
Hər üç ölkə bu sahədə yeni müasir infrastrukturun yaradılması üçün sərmayələr qoyulmuşdur.
Azərbaycan ,Türkiyə və Türmənistan dövlətləri arasında nəqliyyat-loqostika sahəsində böyük uğurlara imza atmışdır.Ölkələr tərəfindən uğurlu lahiyələr həyata keçrilmişdir.Bu da nəqliyyat bağlantılarında əməkdaşlıq üçün imkanlar yaradır.
Azərbaycan önəmli tranzit ölkəsi olaraq öz ərazisində dəmir yolu,hava nəqliyyatı,avtomobil nəqliyyatı ilə bağlı əsas lahiyələri lazmi səviyyədə icra etmişdir.
Türkiyə Türmənistanın bu imkanlarından istifadə etməsi hər üç dövlət arasında nəqliyyat bağlantıları sahəsində əməkdaşlığa və müasir infrastrukturun inkişafına səbəb ola bilər.
İmzalanmış sənəddə hər üç dövlətin əraziləri və ərazilərindən trazit keçməklə multimodal daşımaların inkişafı nəqliyyat vasitələrinin rahat və manesiz hərəkətlərinin təmin edilməsi üçün viza prosedurlarının sadələşdirilməsi məsələlərinin həlli,eləcə də ölkələrin nəqliyyat müəssələrinin arasındakı əməkdaşlığın inkişafı etdiliməsi nəqliyyat vasitələrinin istehsalı və onlara texniki xidmət sahəsində əməkdaşlığı sənəddə öz əksini tapıb.
Bu da gələcəkdə hər üç ölkənin əməkdaşlığı sayəsində ölkələr arasında nəqliyyat- loqostika sahəsində böyük uğurlar əldə ediləcəyinin sübutudur.
Maştağa qəsəbəsi, 209 nömrəli məktəbin
ibtidai sinif müəllimi Nuranə Quliyeva