Yükdaşıma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər artırılacaq

Yükdaşıma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər artırılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən, Aviasiya Orta Dəhlizi:Yoldan magistrala, mövzusunda panel iclasda iştirak edib. O, bildirmişdir ki, orta dəhlizin üstünlüklərindən biri burada iştirak edən ölkələr və bu ölkələr arasında olan mehriban münasibətdir. Çoxmillətli layihə qonşu dövlətlər Qərbdə Gürcüstan və Türkiyə, Şərqdə isə Mərkəzi Asiya ölkələrinin münasibətlərinə sübutdur. Bu həm də Qərb və Şərq arasında olan birliyə, iş fəaliyyətinə gətirib çıxarır. Buna həm də təbii coğrafi relyefin, nəqliyyat infrastrukturunun səmərəliliyi də kömək edir. Bunun üçün də sərmayələr də yatırılmışdır.
Yükdaşıma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər artırılacaq. Hətta bunun üçün lazım olan vəsait də ayrılmışdır.
Bu ildən başlayaraq neft tranziti təkcə Tükmənistanla deyil, Qazaxıstanla da ixrac olunacaq. İstehsalla bağlı yeni iş yerlərinin açılması da nəzərdə tutulub. Hətta yeni azad zona açmaq da planlaşdırılıb.
Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir.Yeraltı sərvətlərimizin hasilatı zamanı qənaət və səmərəliliyə fikir verməklə Avropa bazarına çıxışların mühümlüyü vacibdir. Azərbaycan dövləti bu işləri həyata keçirmək üçün həm maddi, həm də region cəhətdən səmərəli, əlverişli, sabit və təhlükəsizdir.

Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin
Müəllimi Arzu Atakişiyeva


Oxşar xəbərlər