Geosiyasət vəTəhklükəsizlik

Geosiyasət vəTəhklükəsizlik Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 noyabr 2022 -ci il tarixində “ Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat “ mövzusunda beynəlxalq konfransda çıxış etmişdir.Cənab prezident öz çıxışında “Orta Dəhliz” layihəsinin icrası ilə bağlı əsas məsələlərə toxunaraq bunun üçün lazım olan əsas elementlərdən biri kimi iqtisadi sabitliyi qeyd etmişdir . O, Azərbaycanın beynəlxalq arenada oynadığı rola toxunaraq ölkəmizin iqtisadi sabitliyini xüsusi olaraq vurğulamışdır.Həmçinin coğrafi mövqeyimizin əsas üstünlüyü kimi Avropa və Asiyanın arasında yerləşməsini və coğrafi mövqeyimiz ilə bağlı əsas problemlərdən biri kimi isə Azərbaycanın açıq dənizə ,okeanlara çıxışının olmamasını qeyd etmişdir.
Dəmir yolları əlaqələrimizə,yol infrastrukturumuz ilə bağlı məsələlərə toxunan ölkə prezidenti Azərbaycanda hər şeyin hazır olduğunu bildirmişdir.Ölkəmizdən keçən yük həcmlərinin artması ,Bakı – Tbilisi -Qarsın Gürcüstan hissəsinin genişlənməsinə böyük həcmdə sərmayə yatırılmasına səbəb olmuşdur.Dünyada yeni geosiyasi vəziyyətin mövcud olması və Azərbaycandan daha çox yüklərin daşınması zərurəti dəniz ticarət limanımızın 15 milyon tondan 25 milyon tona qədər genişlənməsi ilə bağlı addımların atılmasına gətirib çıxartmışdır.İstər İranın,İstərsə də Ermənistanın bu layihələrə maneə ola biləcək gücə malik ola bilməməsini qeyd edən cənab prezident,Ermənistanın nəqliyyat sisteminin köhnə olması və onlara məxsus olmamasını,Iranın bu prosesdə maraqlı olmamasını da diqqətə çatdırıb. Bu layihələrin tək bizim ölkə üçün yox,hər kəsin xeyrinə olmasını xüsusi olaraq qeyd etmişdir. Bu istiqamətdə ölkəmizdə ən müasir və yeni vasitələrdən istifadə ediləcəyinə və kibertəhlükəsizliklə bağlı məsələlərin müasir dövrdə ən ciddi problemlərdən biri olduğunu,qabaqcıl resurslara malik olan ölkələrdə belə bunun problemlərə səbəb olduğunu qeyd edərək bu mövzuya həssaslıqla yanaşmalı olduğumuzu diqqətə çatdırıb.
Cənab prezident öz çıxışında qardaş Türkiyə dövləti ilə olan sıx münasibətlərimizi,əməkdaşlığımızın bütün sahələrdə daha da güclənəcəyini,bizə qarşı olan məkrli siyasətin heç bir əhəmiyyət kəsb etməməsini bildirib.Tərəfdaşlığımızın nəinki qardaş ölkə ilə,həmçinin Avropa İttifaqı ilə olduğunu qeyd edib.Nitqində Qarabağ müharibəsi ilə bağlı heç bir ölkə ilə,beynəlxalq qurumla danişılmayacağını,məsələnin artıq öz həllini tapdığını , öz daxili işimiz olduğunu və məqsədimizin sadəcə sülh olduğunu nəzərə çatdırıb.
Ali baş komandanımız İlham Əliyevin düzgün siyasəti,əyilməz iradəsi nəticəsində Azərbacan xalqını dəmir yumruq kimi öz ətrafında birləşdirmiş və 30 illik Dağlıq Qarabağ münaqişəsini həll etmişdir.İqtisadi və siyasi sahədə olduğu kimi hərbi sahəyədə xüsusi diqqət göstərilmaaşdir. Elə bunun nəticəsidir ki, müzəffər ordumuz düşmənə qorxu,dosta güvən verir.

Balaxanı qəsəbəsi,69 nömrəli tam orta məktəbin
İngilis dili müəllimi Məmmədli Röya


Oxşar xəbərlər