Azərbaycan türk ölkələri birliyinin hər zaman idea davamçısı olmuşdur. Bir çox sahələrdə bu birlikdəlikləri gücləndirmək üçün addımlar atmış və layihələr icra etmişdir. Bu gündə regionda çoxtərəfli əlaqələrin qurulması üçün görüşlərdə iştirak edir.2022-ci il 14 dekabr İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşündə iştirak edib. Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
Görüşdə iştirak edən tərəflər ölkələri arasında olan siyasi,mədəni və enerji sahəsindəki əlaqələrini vurğulamış və nəqliyyat-logistika sahəsində əməkdaşlığın güclənməsinin lazım olduğunuda qeyd etmişdirlər.
Son 10 ildə Azərbaycan nəqliyyat sahəsində böyük layihələrin icrasinda iştirak etmiş, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olmuş və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir.
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı baş tutmuşdur və bu gün bu nəqliyyat yolu vasitəsi ilə nəzərdə tutulduğundan artıq yük dövrüyəsi aparılır. Gələcəkdə bu yolun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacağı nəzərdə tutulur.
Dəniz nəqliyyat yolunun bu sahənin inkişafındakı rolunu da tərəflər görüş zamanı qeyd etmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çox həcimli yük daşımalarına şərait yaradır.2021-ci ildə isə Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyulmuşdur.İlham Əliyev Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət etmişdir.
Bu günki hədəf isə beynəlxalq imkanlardan istifadə edərək daha əlverişli nəqliyyat yollarının təmin edilməsidir.Qarabağın 30 illik işğalına son qoyulması qarşıya qoyulmuş böyük hədəflərə çatmaq,regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Hazırda Zəngəzur dəhlizinin açılması üzrə tədbirlər görülür.Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub.2024-cü il də tamamlanması nəzərdə tutulan bu yol nəqliyyat sahəsində türk dövlətlərinə geniş imkanlar açacaq.
Səfər çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan arasında gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair hökumətlərarası memorandum və nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair qurumlararası memorandum imzalanmışdır. Bu da tərəflərin nəqliyyat-logistika sahəsində uğurlara böyük addımlarla irəllədiyini göstərir.
Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
tarix müəllimi Kamilə Qurbanova