Ötən həftə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında Azərbaycanın Asiyadan Avropaya yükdaşımaların reallaşdığı Orta Dəhliz, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə getdikcə artan yükdaşımaların reallaşması üçün yaratdığı infrastruktur barədə məlumat verib. Cənab Prezident həmçinin bildirib ki : “Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Belə ki, hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Yenidən qurulan və modernləşdirilən Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Hər iki nəqliyyat dəhlizi ilə ölkəmiz üzərindən yüklərin daşınması üçün zəruri olan avtomobil və dəmiryol infrstrukturunda da ciddi işlər görülüb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir “.
Göründüyü kimi 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Proseslərin gedişi göstərir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli dövr ərzində aradan qaldırılmayacaq. Bu baxımdan, Azərbaycan yaxınmüddətli dövr ərzində Şimal marşrutundan qopan yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin etmək üçün zəruri infrastruktur və şərtləri çox sürətlə təmin etməlidir. Bunun üçün yüklərin bir deyil, bir neçə istiqamətdə ötürülməsi təmin olunmalıdır. Bu baxımdan, Azərbaycanın Şərqi Zəngəzurdan İran-Naxçıvan-Türkiyə marşrutu ilə yükdaşımaları təmin etmək üçün Tehranla əldə etdiyi razılaşma mühüm nailiyyətdir. Artıq bu istiqamətdə avtomobil və dəmiryollarının layihələndirilməsi işləri aparılır. Azərbaycan ərazisində hər iki yolun tikintisi sürətlə aparılır. Yaxın vaxtlarda İran ərazisində də işlərin başlanması gözlənilir. Azərbaycan həmçinin Ermənistan ərazisindən keçməklə də Naxçıvana və Türkiyəyə çıxış əldə etməkdə qərarlıdır. Ermənistanın bu prosesi əngəlləməsi faktiki olaraq onun özünün növbəti böyük regional layihədən kənarda qalmasına gətirib çıxaracaq.
Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev