Azərbaycan xalqı öz Prezidentinin, öz ordusunun ətrafında yumruq kimi birləşib

Azərbaycan xalqı öz Prezidentinin, öz ordusunun ətrafında yumruq kimi birləşib


08.11.2020-ci il tarixi hər bir Azərbaycanlı üçün unudulmaz, böyük bir gündür. Məhz bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə Qələbə-Zəfər günü kimi yazıldı. Artıq iki ildir ki, biz bu möhtəşəm günü qeyd edirik. Azərbaycan Silahlı Qüvvələri başda Ali Baş Komandanımız, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, hər birimizin sevimlisi Prezidentimiz Cənab İlham Əliyev olmaqla alınmaz qala sayılan Şuşanı məhz iki il bundan əvvəl mənfur düşmənlərimiz olan erməni qəsbkarlarının işğalından azad edərək şanlı tarix yazdı. Bu şanlı Qələbə ilə gələcək nəsillərimizdə haqlı olaraq fəxr edəcəklər.
08.11.2022-ci il tarixdə Zəfər Günü münasibətilə Şuşada bayram tədbiri təşkil edildi. Tədbirdə Prezident Cənab İlham Əliyev iştirak edərək çıxış etmişdir. Çıxışında Cənab Prezident bir çox vacib məsələlərə toxunmuşdur. O qeyd etmişdir ki, Şuşanın azad edilməsi müharibənin son məqsədi idi. Ona görə yox ki, Şuşa Qarabağın tacıdır, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. Ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyi, canı və hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Şuşanın alınma taktikası müharibə tarixində görünməmiş şücayət və qəhrəmanlıq nümunəsi olmuşdur. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan uzun məsafəni qət edərək, qanlı döyüş nəticəsində düşməni məğlub etmiş və Şuşaya yaxınlaşmışdılar. Onlar sıldırım qayalara dırmaşaraq, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib üçrəngli bayrağımızı Şuşada qaldırmışlar. 27 sentyabr 2020-ci il tarixində başlamış müharibənin ilk günündən başlayaraq 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri yalnız irəli addımlamışdır. Vətən müharibəsi dövründə bir çox şəhər və kəndlərimiz, həmçinin Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi düşmən tapdağından azad edilmişdir. 44 gün müddətində Azərbaycan xalqı öz Prezidentinin, öz ordusunun ətrafında yumruq kimi birləşmişdi. Bununlada Azərbaycan bütün dünyaya sübut etdi ki, ermənilərdən fərqli olaraq Azərbaycan xalqı öz ordusu, öz gücü hesabına öz ərazi bütövlüyünü qoruya bilər,torpağına göz dikənlərin cavabını layiqincə verə bilər. Məlumdur ki, dünyada iqtisadi proseslər, böhranlar baş verir. Azərbaycan iqtisadiyyatı isə dayanıqlı iqtisadiyyatdır. Ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır ki, maliyyə mənbəyi məhz Azərbaycanın öz büdcəsidir. Belə ki, bu iki il ərzində Azərbaycan heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışdır. Ermənistan tərəfi bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər ermənistanda istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək. Bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr Ermənistan üçün dərs olmalıdır. Bu Zəfər bütün xalqımıza inam verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Azərbaycan xalqı ədalətli sülh istəyir.

Bakıxanov qəsəbəsi, 213 saylı tam orta məktəbin
Direktoru Səbinə Əliyeva

Oxşar xəbərlər