Noyabrın 8- də Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə Azərbaycan xalqına müraciətində elan etdi: Şuşa azad edilmişdir. Xalqımız bu xəbəri böyük coşqu ilə qarşıladı. Azərbaycanın hər yerində küçələrə axışıb qələbəni bayram etdi.
Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020 ci il sentyabrın 27- də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır.44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8- i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Binnətova Nərmin