Alınmaz qalamız olan Şuşa ili il bundan öncə erməni işğalından azad edən Azərbaycan sılahlı Qüvvələri şanlı tarıx yazdı.
Bu şanlı tarıx bizimlə əbədi olacaq gələcək nəsillər bu Qələbə ilə fəxr edəcəklər.
Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Şuşa Qarabağın tacıdır. Şuşanın stratejı yerləşməsi onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. Şuşa hər bir azərbaycanlı üçün müqəddəsdir. Zəfər yolu 2 ildir ki, çəkilib. Qəhrəman övladlarımız uzun məsafəni qət edərək qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb və Üçrəngli bayrağımızı Şuşada qaldırıb Şuşaya qədər bir çox kəndlərimiz, şəhərlərimiz döyüş meydanında azad edilmişdir. Bu döyüş 27 sentyabr başlamışdır. Ermənistan ordusunda mindən cox fərari olmuşdur. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı çox sarsıtmışdır. Lakin Azərbaycan xalqı bir yumruq kimi birləşərək tariximizi yemlədi. Beynəlxalq müstəvidə çox fəal iş aparmışlar və eyni zamanda biz bir çox ölkələrdə ikitərəfli formada sıx əməkdaşlıq yaratmışdıq.
Bütövlükdə 44 gün ərzində beynəlxalq yanaşma yaxşı yöndə idi. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost da ola bilməz. İkinci Qarabağ müharibəsi ölkəmizin birliyini daha da gücləndirdi. 13-14 sentyabr hadisələri boş yerə baş vermədi. Biz təkcə ərazi bütövlüyümüzü deyil, milli qürurumuzu bərpa etdik.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Gülyaz Həsənova