2020-ci ilin 27 sentyabrında başlanan zəfər yürüşü ilə Azərbaycan tarixində ikinci Qarabağ müharibəsi kimi yaddaşlarda qalan və 10 noyabr tarixində şanlı qalibiyyətlə bitən Vətən müharibəmiz hər bir azərbaycanlının, hər bir türkün qəlbində kök salmış durmadan qanayan Qarabağ acısına bir dərman oldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2020-ci il ölkəmizin tarixinə qələbə ili kimi qeyd edildi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Artıq 8 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür.
Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq.
Azərbaycan xalqı ölkəmizə möhtəşəm zəfər sevincini bəxş etdiyinə, erməni işğalına son qoyduğuna, Qarabağı azad etdiyinə görə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevə və vətən uğrunda canlarından keçən
şəhidlərimizə, ordumuza dərin hörmət və ehtiramını ifadə edir. Şuşanın azad edilməsi şərəfinə, Zəfər günündə Bakının, digər şəhərlərimizin küçələrini dolduran izdiham, sevinc və bəxtiyarlıq hisləri bu hörmət və ehtiramın aydın ifadəsi idi.
Torpaq uğrunda ölən varsa Vətəndir deyiblər, biz də bu şərəfli yolda can qoymuş şəhidlərimizə borcluyuq, onların ruhları qarşısında baş əyirik.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
müəllimi Elmira Piriyeva