Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərinə səfər etdilər.
Bu həm də Azərbaycan Prezidentinin 2021-ci ildə regionlara ilk səfəri idi. Bu baxımdan Şuşanın işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin ən böyük hərbi-siyasi hadisəsi idisə, ilk daxili səfərin Şuşaya edilməsi də özlüyündə rəmzi əhəmiyyət daşıyırdı.
Prezident İlham Əliyev üçün bu səfərin yanvarın 14-də gerçəkləşməsinin ayrı rəmzi mənası da var. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvar tarixində Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş və həmin tədbirdə İlham Əliyev də iştirak etmişdi.
Bu səfərin İlham Əliyev üçün xüsusi bir tarixi önəmi həm də ondan ibarətdir ki, o, son 30 ildə Şuşaya səfər edən ilk Azərbaycan Prezidentidir. İlham Əliyev həm də bu müqəddəs ünvana qalib,
44 günlük müharibənin Müzəffər Ali Baş Komandanı kimi gəlmişdi. “Bu dəfə Müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”, - deyə İlham Əliyev Şuşadan bəyan etdi.
Bəli, Şuşa Azərbaycandır, onun əsl sahibləri geri qayıdıb. Şuşa xalqımızın elə bir möhtəşəm mədəni abidəsidir ki, düşmən onu 28 ildə erməniləşdirə bilmədi. Onun hər küçəsi bir tarix, hər daşı bir mənəvi xəzinədir, xalqımızın milli-mədəni sərvətidir. Bu şəhər 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Şuşa onlar üçün əvvəldən yad idi, işğal dövründə də yad olaraq qaldı. İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin hər zaman diqqət mərkəzindədir. Ali Baş Komandanımızın da dediyi kimi: “Biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
tarix müəĺimi Məmməd brahimov