13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında Prezident cənab İlham Əliyev bölgədəki mövcud vəziyyəti diqqətə çatdırdı. Xüsusilə Ermənistan-Azərbaycan münasibətləri zəmnində məsələlər müzakirə edildi.
Müharibənin bitməsinə baxmayaraq Ermənistan tərəfinin hələ də təxribatlar törətməsi Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasına maneə olur. Ermənistanın hər cəhdlə sülh müqalisəni yubatması və vəziyyəti daha da gərginləşdirməsi yeni məqsədlər güddüyünün sübutudur. Əsas məqsədi isə işğalçılıq siyasətini davam etdirməkdir.
Torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində bəzi şəhərlərimizin xarabalığa çevrilməsi Ermənistanın vandalizminin bariz nümunəsidir.
Müharibədən sonra işğaldan azad edilən torpaqlarımızda kütləvi məzarlıqlar aşkar edilmişdir. Bu məzarlıqlar göstərir ki, Ermənilər sadəcə cəbhədə deyil, mülki əhaliyə qarşı da amansız vəhşiliklər törədib. Heç şübhə yoxdur ki hələ aşkar olunmamış nə qədər kütləvi məzarlıqlar mövcuddur.
“Böyük Qayıdış” proqramı ilə işğaldan azad edilmiş torpaqlarımıza məcburi köçkünlərin köçürülməsi prossesi başlayıb. Minalardan tam təmizlənmiş ərazilərə əhalinin köçürülməsi davam etdirilir. Bu xalqımız üçün böuük qayıdışdır.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara üzv olması dünya dövlətləri ilə əməkdaşlığı genişləndirməyə və milli maraqların təmin olunmasına yönəldilmişdir. Azərbaycanın yeritdiyi siyasət dövlətimizin müstəqilliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli məqsədə xidmət edir.
Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə