Erməni təxribatı: "Müharibə hər an başalaya bilər!" — VACİB XƏBƏR!

Erməni təxribatı: "Ermənistanın təxribatlara davam etməsi vəziyyəti gərginləşdirir. Bu baxımdan müharibənin başlaması an məsələsidir".
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Azər Badamov Ermənistan tərəfinin işğal altında olan torpaqlarda təxribatlar törətməsi haqqında danışarkən deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu illərdir mənasız şəkildə münaqişəni uzadır:

“Rusiya Ermənistanı silahlandırır, ATƏT-in Minsk Qrupu isə 26 ilə yaxın bir dövürdə Azərbaycanın maraqlarına uyğun heç bir iş görməyib. Münaqişənin danışıqlar yolu ilə həll edilməsinə dair verdiyi təkliflərin heç birisinin 5 qəpiklik dəyəri yoxdur.

Minsk Qrupu bu illər ərzində sadəcə Azərbaycan düşmənə tutarlı cavab verməyə başladığı zaman özlərini ortaya atır və münaqişənin güc yolu ilə həllinin olmadığını bildirir.
Burda bir sual meydana gəlir: münaqişənin həlli yolu hansıdır?

Əgər bildikləri bir yol varsa, qoysunlar ortaya. Amma o həll yolu ki, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bərpa olunsun və Ermənistan masa arxasında oturub, imza atmağa məcbur olsun. Bəs, belə həll yolu varmı? Təbii ki, yoxdur. Ona görə də Akopyanlar, Paşinyanlar torpaqlarımızda at oynadırlar”.

Millət vəkili torpaqların işğaldan azad edilməsində bizə heç kimin kömək etməyəcəyini bildirib:

“Torpağımızı işğaldan azad etməyimizə bizə nə Qərb, nə ABŞ, nə də ki, Rusiya kömək edəcək. Ərazi bütövlüyümüzü təmin etmək və torpaqlarımızı işğaldan azad etmək bizim suveren hüququmuzdur. Bu, BMT-nin nizamnaməsində də yazılıb. Biz müharibə etmirik, öz torpaqlarımızı təxribatçılardan təmizləməyə çalışırıq”.

Oxşar xəbərlər