Türkiyə ALTAY tanklarının kütləvi istehsalına başladı

Türkiyə ALTAY tanklarının kütləvi istehsalına başladı Ankara müdafiə sənayesində yeni mərhələyə qədəm qoyub.

Türkiyə paytaxtında inşa edilən yeni zavodda müasir ALTAY döyüş tanklarının kütləvi istehsalına start verilib.

Məlumata görə, müəssisədə tanklar üçün yerli istehsal olan BATU mühərrikləri də hazırlanır. Yığım prosesi isə ən son robot texnologiyalarından istifadə olunmaqla həyata keçirilir.

Rəsmi açılışdan sonra ALTAY tanklarının ilk tədarüklərinə başlanacağı bildirilib. Bu addım Türkiyənin müdafiə sənayesində öz gücünü daha da artıracağı kimi, regiondakı hərbi balansda da ciddi dəyişikliklərə səbəb ola bilər.

Oxşar xəbərlər