Azərbaycan yeraltı və yerüstü sərvətləri ilə ətrafdakıların gözünü qamaşdırıb. Zaman – zaman torpaqlarımız təcavüzə məruz qalıb. Qarı dümənlərimiz olan ermənilərin fitnəsi nəticəsində Azərbaycanın incisi olan Qarabağımız hissə - hissə bizdən qoparılmağa başladı. Ötən əsrin 80-ci illərin sonlarında başlayan bu təcavüz nəticəsində 20% torpaqlarımız düşmənin əsirliyində qaldı. Qanlar töküldü, şəhidlər verdik. Ən ağrılı hal bu idi ki, insanlar od – ocaqlarından oldular, ev – eşiklərini itirdilər. Əzizlərinin qəbirlərini ziyarət etməkdən məhrum oldular. Məncə, bundan dəhşətli bir şey olmazdı.
Hamının ürəyində yarası qaysaq bağlamayan bir dərd var idi – torpaq həsrəti. Çoxları bu həsrətə dözməyib dünyasını dəyişdilər. Vətən həsrəti onları sındırdı…
Ancaq heç kim inamını itirmədi. Nəhayət, o gün gəldi. Ötən il baş verən 44 günlük müharibə əsarətdə olan torpaqlarımızı bizə qaytardı. 1993-cü ildə əsir düşən gözəl Füzuli azadlığına qovuşdu. 17 Oktyabr bu şəhərin doğum günü oldu. 2020-ci ildə şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndini işğaldan azad etdi. Füzuli şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi böyük imkanlar açdı. Artıq Şuşa şəhəri istiqamətində getmək daha asan idi. Ermənistan ən güclü istehkamları bu istiqamətdə qurmuşdu. Füzuli azad edildikdən sonra Ermənistan ordusunda fərarilik halları artmağa başladı. Füzuli azad edildikdən 3 gün sonra Zəngilan, 5 gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu.
Azərbaycanın Zəfər missiyası, ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır. Müharibə dövründə bütün təzyiqlərə baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan ordusu darmadağın oldu. “yenilməz Ermənistan ordusu” məğlub oldu. Şanlı Qələbə çoxəsirlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.
Bu gün Füzuli şəhərində böyük canlanma var. Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Füzuli Beynalxalq Hava Limanının açılışına hazırlıq gedir. Bütün bu nailiyyətlərimiz üçün Ali Baş Komandanımıza və şanlı Ordumuza borcluyuq. Torpaq uğrunda canından keçən şəhidlərimizə minnətdarıq. Biz onların ruhu qarşısında baş əyirik. Qarabağ Azərbaycandır!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Kəmalə Hüseynova