Yaşadığım ölkənin hər qarışı bizim üçün əzizdir. Nədənsə doğulduğun torpaq bir başqa doğmadır, şirindir. Mənim vətənim qəlbimin fəxri , qürurum , varlığımdır.
1993-cü il … həmin o gün erməni vandallarının törətdiyi vəhşiliyin canlı şahidi olaraq o anları düşünmək insanın ruhunu incidir. Yaşadığım o günlər həyat tariximdən silinməz deyə düşünürdüm . 6 yaşlı bir uşaq üçün məcburi köçkün həyatı yaşamaq çox ağır idi. Heç vaxt onları unutmayacağımı düşünürdüm . Sanki o gün yaddaşımdan silinməyəcəkdi. Torpaq sevgisi , Vətən həsətini böyüdükcə dərk edirdim . “ Füzuli ” adı gələndə qəlbimin titrəyişini , kövrəkliyimi hiss etdirməməyə çalışşamda hər zaman qəlbim vətən həsrəti ilə yanıb alışıb.
İçimdə o ümüd , o istək heç vaxt ölmədi . Bir gün mən geri dönəcəyimə inanirdim . “ Füzuli bizimdir ” , “ Bizim olan bizə qayıdacaq ” düşüncəsi məni heç vaxt tərk etmədi . Nəhayət o gözəl gün gəlib catdı .
Bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverənliyini təmin edib. 17 Oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan
Ordusu düşmənin canlı qüvvəsini , texnikasini məhv edərək tarixi ədaləti bərpa etdi və Azəbaycan öz ərazi bütövlüyünü bərpa etdi
Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi.
Cəbrayıldan , Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi.
Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti , eyni zamanda, şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu.
Ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır.
Müharibənin ilk günündə - Sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd , Kənd Horadiz , Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi.
Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu.
İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyil. Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini
vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkrlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı . Yaşasın şanlı Azərbaycan ordusu. Qarabağ bizimdir ! Qarabag Azərbaycandır !
Leyla Qasımova
28 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi