Dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikamızda ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü ilin 23 avqustunda Cəbrayılın ələ keçirən ermənilər, işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdikləri Füzulidən, Cəbrayıldan, Qubadlıdan və digər ərazlərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib, kağız üzərində qalıb. Yalnız ulu öndər Heydər Əliyev respublikada ali siyasi rəhbərliyə qayıdıb müstəqil dövlət quruculuğuna başladıqdan sonra qısa müddətdə yenidən səfərbər edilən ordu bölmələrimizin 1993-cü ilin dekabrında həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda qoşunların təmas xəttində Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması barədə əmrini yerinə yetirən ordumuzun qəhrəman əsgər və zabitləri 2016-cı ilin aprelində işğalçı qüvvələri Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur ediblər. Nəticədə dinc əhalinin Cocuq Mərcanlı kəndinə qayıdıb öz yurd yerlərində yaşamasına şərait yaranıb və çox qısa bir vaxtda həmin kənd bərpa edilərək, müxtəlif bölgələrdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərin buraya köçürülməsinə başlanılıb.
44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu yalnız irəliyə gedərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri 27 ildən sonra düşmən işğalından azad edildi. Bunanla da Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Cəbrayılın azad olunması bizim üçün çox böyük psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi!
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
informatika müəllimi Sevinc Məmmədova