Cənab Prezidentimiz İlham Əliyev 26 iyun Silahlı qüvvələr Günündə Kəlbəcər rayonuna səfər etdi. Hörmətli Ali Baş Komandanımızın səfəri çərçivəsində komanda hərbi hissəsinə döyüş bayrağının verilməsi mərasimi keçirildi. Müzəffər Ali Baş Komandanımız bu mərasimdə çıxış etdi. Prezidentimizin bu çıxışı bizə çox böyük qürur verdi. Cənab Prezidentimiz Azərbaycan Ordusunun tarixi missiyanı şərəflə yerinə yetirdiyini və bütün Azərbaycan xalqının gücünü ordumuz və dövlətimiz üçün səfərbər etdiyini xüsusi qeyd etdi. Beynəlxalq təşkilatlar öz vəzifələrini formal şəkildə fəaliyyət göstərirdi. Heç bir Beynəlxalq təşkilat işğalçıya təsir göstərməmişdi. Beynəlxalq siyasəti və hüququ dərindən bilən Ali Baş Komandanımız sübut etdi ki, Azərbaycan xalqı heç bir işğalla barışa bilməz. Müzəffər xalq kimi Müzəffər Ali baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoyduq. Bu qələbəmizin arxasında həm də iqtisadi müstəqilliyimiz dururdu. Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi və yüksək hərbi hazırlığa malik ordunun təşkili güclü iqtisadiyyatla bağlıdır. Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silhlarla təchiz edilməsi- bütün bu amillər İkinci Qarabağ müharibəsinin parlaq nəticəsini təmin etdi.
44 gün ərzində Şanlı Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovdu. Prezidentimiz Kəlbəcərdəki çıxışında da qeyd etdi ki, düşmən torpaqlarımızı elə bir bərbad hala salmışdılar ki, sanki buradan vəhşi qəbilə keçib. Çox yerində deyilmiş ifadədir. Cünki düşmən bilirdi ki, bu torpaqlar onun deyil. Bu torpağın əsl sahibləri gəldi və cənnətə çeviririk öz doğma yurdumuzu Bu gün qalib insanlar kimi yaşayırıq.Cənab Ali Baş Komandanımızın dediyi kimi, bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndəsi kimi yaşayır. Biz tarix qarşısında, əcdadlarımız qarşısında, gələcək nəsillər qarşısında tarixi missiyamızı şərəflə icra etdik. Bu tarixi Qələbə bizim daim bizim tariximizdə olacaq və biz tarixi Qələbəmizlə fəxr edəcəyik. Azərbaycan gəncləri Vətənə bağlıdır, vətənpərvərdir.Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət,Vətənə sevgi idi ki, gənclərimiz öz canlarını Vətən uğrunda fəda etdilər. Bizim ordumuzda heç bir fərarilik müşahidə olunmadı. Lakin Ermənistan ordusunda minlərlə belə fakt aşkar olunmuşdu.Bu da düşmənin rəzilliyini sübut edir. Xalqımız qurub-yaradan xalqdır. Biz Ali Baş Komandanımızın başçılığı ilə gülüstana çevirəcəyik.
Sabunçu rayonu, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva