Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 26 iyun 2022-ci il tarixində Kəlbəcər rayonuna səfəri zamanı komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra birinci komando hərbi hissəsi işğaldan azad edilmiş Hadrutda istifadəyə verilmişdi. 6 ay sonra isə Kəlbəcərdə komando qüvvələrinin hərbi hissəsinin açılması dövlətin ordu quruculuğuna diqqətinin göstəricisidir. Açılışın Silahlı Qüvvələr Günündə reallaşdırılması Azərbaycan xalqı üçün qürurverici bir hal idi. İkinci Qarabağ müharibəsi dövlət və xalq üçün güc faktorunun, ordunun çox önəmli olduğunu bir daha xatırlatdı. Buna görə də Ali Baş Komandan İlham Əliyev Ordumuzun inkişafı üçün ciddi addımlar atır və atacaq. Tədbir zamanı Prezident vurğulamışdır ki, biz heç vaxt müharibə istəməmişik. Tək istəyimiz maraqlarımızın təmin olunması, reallıqların hər kəs tərəfindən qəbul edilməsi idi. Müharibədən sonra Azərbaycan ordusu həm təchizat, həm də döyüş qabiliyyəti, taktikası cəhətdən daha da güclənir. Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə, Kəlbəcərdə, Laçında bir çox hərbi hissələr yaradılır. Bu, Azərbaycanın ərazi bütövlüyünü istəməyənlərə bir mesajdır. Hər kəs başa düşməlidir ki, Azərbaycan öz ərazilərini heç vaxt güzəştə getməyəcək.
Birinci Qarabağ müharibəsi zamanı da mübarizə aparan yenə cəsur Azərbaycan xalqı idi. Lakin biz məğlub olmuşduq. Bunun açıq-aşkar əsas səbəbi isə ordu quruculuğunun, təchizatın zəif olması, döyüş taktikasının olmaması idi. Lakin bu gün müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşı əmindir ki, Azərbaycanın güclü ordusu var. Bu cür igidləri və müzəffər Ali Baş Komandanı olan xalq heç vaxt basılmaz.
Prezident, həmçinin Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində də iştirak etmişdir. İstisu qəsəbəsində yeni açılacaq su zavodunun təməli qoyuldu. Bilindiyi kimi, Kəlbəcər və Laçın rayonlarında quruculuq işləri daha çətin gedir. Bunun başlıca səbəbləri iqlim, relyef, təbiətdir. Lakin bütün çətinliklərin öhdəsindən gəlinir. Azərbaycan xalqı qurub yaratmağı, olduğu yeri gözəlləşdirməyi sevən xalqdır. Qarabağda yenidən bir həyat qurulur. İşğaldan azad edilmiş torpaqlarımız rahat nəfəs alır. Yaşayış binaları, xəstəxanalar, mədəniyyət obyektləri tikilir, məscidlər bərpa edilir. Bütün bu işlər sübut edir ki, yerli sakinlər, yəni torpağın əsl sahibləri bizik.
Sabunçu rayonu, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva