“26 iyun – Silahlı Qüvvələr Günü” respublikamızda təntənə ilə qeyd olunur. Yarandığı vaxtdan hərb tariximizi qızıl hərflərlə yazan silahlı qüvvələrimiz 44 günlük Vətən müharibəsində qalib gələrək xalqımızın tarixinə daha bir müjdəsini verdi. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Silahlı qüvvələrimiz istər havadan, istər sudan və istərsə də qurudan Vətənimizi göz bəbəyi kimi qoruyur, yeri gələndə düşmənə ağır zərbə vurur. Günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir.
Rəşadətli Azərbaycan ordusu 28 ildən sonra düşməni məhv edərək əzəli torpaqlarımızı düşməndən azad etdi. Ordumuz düşmənə elə bir zərbə endirdi ki, düşmən bu zərbəni unuda bilməyəcək. Çünki ordumuzun zərbəsində torpaq, vətən sevgisi, dövlətinə inam, xalqına qarşı əbədi sevgi var.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hisləri çox yüksəkdir, möhkəmdir. Çünki Azərbaycan ordusu ölkəsini qalib edən ordudur. O 28 ildən sonra dövlət xalq birliyindən ilhamlanaraq Qarabağımıza sülh gətirdi. Bu gün dünyanın bir çox ölkələri Azərbaycan Ordusunun taktikasını, döyüş manevrlərinin sirlərini öyrənir. İnanırıq ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz daha da inkişaf edəcək və xidməti vəzifələrini vicdanla yerinə yetirəcəklər.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
direktoru Fərqanə Abbasova