Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev - 44 günlük Vətən Müharibəsi eyni zamanda, “yenilməz Ermənistan ordusu” mifologiyasını darmadağın etdi. Cənab prezidentimizin dediyi kimi, “biz erməni ordusunu yenilməz ordu kimi təqdim edən mifologiyaya son qoyduq”. II Qarabağ müharibəsi bizim tarixi zəfərimizdir. Buna bənzər qələbə olmamışdır. Əsrlər boyu yalnız torpaq itkisi ilə üzləşən dövlətimiz 200 illik tarix ərzində ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytardı. Bununla da, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, ordumuz isə qalib ordu olaraq tarixə düşdü.
Vətən Müharibəsi düşmən dövlətdən fərqli olaraq xalq və dövlət birliyinin əyani sübutu idi. Azərbaycan xalqı müharibə başlayan gündən öz prezidentinə, könüllü olaraq müraciət edərək vətənin müdafiəsi üçün Ali Baş Komandanın hər an əmrinə hazır olduqlarını göstərdi. Ali Baş Komandanın hərbi səfərbərlik çağırışına on minlərlə vətəndaşımız çağırış məntəqələrinə axın edərək cavab verdi. Qeyd edim ki, axın edənlərin əksəriyyəti gənclər idi. Çıxışlarının birində bu məsələyə toxunan cənab Prezident qeyd etmişdir ki, “Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Təəssüflər olsun ki, müharibənin ən ağır şərtlərindən biri itkilərimizin, yaralılarımızın olması idi. Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüz uğrunda gözünü qırpmadan döyüşən igidlərimiz canları, qanları bahasına qəhrəmanlıq dastanı yazdılar-şəhid oldular, qazi oldular. İgidlərimizin bu qəhrəmanlıqları bütün dünyanı heyrətə gətirdi. Öz ata-baba torpaqlarını düşmən tapdağından azad etmək üçün haqlı və ədalətli döyüş yolu keçən, canı, qanı bahasına xalqımıza zəfər bəxş edən şəhid və qazilərimizi xalqımız daim xatırlayacaqdır. Bizlər vətən uğrunda canından keçən şəhidlərimizə, öz sağlamlığını itirən qazilərimizə hər zaman borcluyuq. Şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına bizlərə əmanət etdiyi vətənimizi, dövlətimizi qorumaq üçün hər daim canımızdan keçməyə hazır olmalı, şəhidərimizin bizə əmanət etdiyi yadigarlarına hörmətlə, ehtiramla yanaşmalı, qazilərimizə sevgi və qayğımızı əsirgəməməliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz ədaləti bərpa etdik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!