ARDNŞ-nin vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov - Artıq ikinci ildir ki, biz gənclər öz bayramımızı qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirik. Və qürur duyuruq ki, 30 illik həsrətə Ali Baş Komandanımız, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun igid əsgər və zabitlərinin gücü ilə 44 gün ərzində son qoyuldu. Və dünyaya sübut etdi ki, Azərbaycan gəncləri hər şeyə qadirdilər. Çünki Azərbaycan gəncləri yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərir, dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Bir gənc olaraq qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır.
2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu bir daha Ulu öndərimizin Azərbaycan gəncliyinə olan böyük etimadının və diqqətinin nümunəsidir.
Dövlət başçımız çıxışlarının birində belə bir fikir söyləmişdi: “Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq”. 44 gün davam edən Vətən Müharibəsinin Qələbə Zəfəri əldə etməklə bir daha dünyaya Azərbaycanın güclü Lideri olduğunu sübut etməklə, həmçinin güclü ordusunun, qəhrəman gəncləri olduğunu və öz doğma torpaqlarımızın bir qarışını da belə düşmən tapdağından azad etməyə qadir, qeyrətli oğulları olduğunu sübut etdi. Və bizlər də hər zaman Cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlik nümayiş etdirməliyik. Bu gün Azərbaycan gəncliyi Ali Baş Komandanımızın çağırışına hazırdır və bu yoldan bizi heç kim, heç bir qüvvə döndərə bilməz. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!