Dövlətin əsas dayağı onun şanlı ordusudur. Azərbaycanımızın silahlı qüvvələrinin yaranmasında Azərbaycanın memarı olan ulu öndərimiz Heydər Əliyevin rolu qiymətsizdir. Milli ordunun yaranıb formalaşmasında Heydər Əliyevin yolunu bu gün Azərbaycanın fəxri olan 44 günlük müharibədə dünyaya səs salan, öz uzaq görən siyasəti və müzəffər ordusu ilə dünyaya meydan oxuyan İlham Əliyev davam etdirir. Məhz ulu öndər Heydər Əliyevin 1970 ci ildə açılmasına nail olduğu hərbi məktəbin bəhrəsi bizim Qarabağ müharibəsində özünü gözəl biruzə verdi. Öndərimizin dövründən başlayaraq orduya ayrılan diqqət, qayğı Ali baş komandanımız tərəfindən davam etdirilir. Baş komandanımızın sözü ilə desək; "Milli ordumuz ərazi bütövlüyünün tam təminatçısıdır". Bu gün bizim ordumuz yüksək səviyyədə döyüş texnikası ilə təchiz olunub. İllərdən bəri mənfur düşmən tərəfindən arsızcasına oğurlanan torpaqlarımız məhz bu müzəffər ordu sayəsində özümüzə qayıtdı. Xalqımızın artıq səbri daşmışdı, danışıqlar yolu ilə məsələ həll oluna bilməzdi. İllərdən bəri tökülən qanları unutmaq olmazdı.
İllərlə toplanılan təcrübə 44 günlük müharibədə özünü göstərdi. Ali baş komandanın düzgün siyasəti, iğid ordumuzun hərbi taktikası nəticəsində bizim əzəli torpağımız olan Qarabağımızı geri aldıq. Kəşfiyyatımız, xüsusi təyinatlılarımız, ordu korpusları, pilotsuz uçuş aparatları bütün bu qoşun növlərinin qələbəmizdə əvəzsiz yeri vardır. Quru qoşunları, Hərbi Hava qüvvələri, Hərbi Dəniz Qüvvələrinin 44 günlük zəfər tariximizdə rolu əvəzsizdir. Əlbəttə, müharibə dedikdə ilk olaraq ağla gələn ölüm-itim olur. Biz bu torpaqlarımızı şəhidlərimizin qanı bahasına almışıq və əzəli torpaqlarımıza qayıdarkən oranın hər qarışına həssaslıqla yanaşmalıyıq. Çünki buranın hər yerində övladlarımızın qanı var, bu torpaqlar bizim müqəddəs and yerimiz olmalıdır və biz nə vaxtsa bu tarixi unudarıqsa şəhidlərin ruhu bizi bağışlamaz. Bu igidlərin səfərbərlik zamanı necə ruh yüksəkliyi ilə, qisas yanğısıyla müharibəyə yola düşməsi, Qarabağın döyünən ürəyi olan, ordumuzun igidliyinin bariz nümunəsi olan Şuşamızın azad edilməsi bütün dünyaya səs saldı. 28 illik işğaldan azad olan Şuşamızın azad olması məhz şanlı ordumuzun bizə bəxş etdiyi xoşbəxtlik idi.
Ali Baş Komandanımızın sözü ilə desək:"Biz bu qələbəni döyüş meydanında qazandıq."
Mən bir Azərbaycanlı olaraq öz millətimlə, Ali Baş Komandanımla, müzəffər şanlı ordumla, öz qanları ilə əzəli torpaqlarımızı bizə qaytaran şəhidlərimizlə fəxr edirəm.
Sabunçu qəsəbəsi, 215 nömrəli məktəbin
Tarix müəllimi Vüsalə Məhərrəmli