Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ordumuzun beynəlxalq standartlara uyğun formalaşdırılması, inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi, ən əsası tariximizə Zəfər Gününü yazması dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasətinin təntənəsidir. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sönra başlanan inkişaf, tərəqqi yolu, ərazi bütövlüyümüzün təmin edilməsinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edən siyasəti və bu xəttin son 18 ilə yaxın dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi belə bir əminliyə əsas verməklə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi də şərtləndirdi.
Azərbaycanın dövlət büdcəsindən ayırmalarda müdafiə xərcləri birinci yerdə dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq hərbi büdcəmiz Ermənistanın ümumilikdə dövlət büdcəsindən dəfələrlə çoxdur. Ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, yeni dostlar, tərəfdaşlar qazanan Azərbaycanın hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Müdafiə sərgilərində, təlimlərdə fəal iştirak edən Azərbaycan Ordusu gücü, qüdrəti ilə dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2016-cı il Aprel döyüşləri və torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünü, qüdrətini, hərbçilərimizin vətənpərvərliyini, peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirən tarixi hadisə oldu.
Vətən müharibəsində Qələbəni şərtləndirən amillər iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin, bütün resursları vahid amal uğrunda səfərbər edən cənab İlham Əliyev kimi Liderdir.
Quliyev Yasin, 71 saylı orta məktəbin direktoru