27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, gücləndik və dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Azərbaycan xalqıöz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib.Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik.
Hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbəri xalqa çatdırılanda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyir.
Bu illər ərzində Azərbaycanda formalaşan iqtisadi potensial bizi bu qələbəyə addım-addım yaxınlaşdırdı. Bir vaxtlar “neftin pulları hara gedir” sualını verən bədxahlara 44 günlük Vətən müharibəsinin qalibiyyəti ən yaxşı cavab idi. Biz o pulları düşmənin başına yağış kimi yağan müasir silahlarda gördük. Azərbaycanın güclü, bütün dünyanı mat qoyan samballı ordu quruculuğunda gördük. Bundan sonra başı dik, üzü ağ gəzəcəyik! Çünki biz qalib ölkənin vətəndaşlarıyıq. Bizim Qalib Ordumuz var! Bizim xalqın övladları - müstəqillik dövründə yetişən gənc nəsil tariximizi də, taleyimizi də ən ağır töhmətdən xilas edib, inanılmazı gerçəyə çevirib, bizə böyük Qələbəni yaşadıb!
Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Ona görə də bu gün tam əminliklə deyə bilərik ki, ordu tarixi missiyanı şərəflə yerinə yetirdi, işğal edilmiş torpaqları düşməndən azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edibiz torpaqlarımıza Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti, milli şərəf lövhəmizibəzəyən igidlərin hesabına qayıdırıq. hərbi komissarlıqların önünə növbəyə düzülən, arxaya baxmadan, tərəddüd belə etmədən Vətəni qucaqlamağa gedən, silahına sarılıb canıyla-qanıyla “Qarabağ Azərbaycandır” hayqıran igidlərin sayəsində tarixi Zəfərə qovuşduq.
Bir əlimdə bayrağım, bir əlimdə silahım,
Dilimdə yurd nəğməsi, başım üstə Allahım.
O, mənim qibləgahım, o, mənim səcdəgahım,
Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
tarix müəllimi Aynurə Musayeva