Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri,bayram günlərinə baxmayaraq,vaxtını məhz keçmiş məcburi köçkünlərlə keçirməsi və onlarla birgə bayramlaşması artıq ənənə halını almış mühüm bir addımdır. Prezident Ilham Əliyevin 2021-ci ildən,yəni torpaqlar azad edildikdən sonra Novruz bayramını məhz həmin ərazilərdə qeyd etməsi artıq mühüm bir ənənədir.O,bayram tonqalını hər il bir tarixi məkanda Şuşada, Suqovuşanda,Talış kəndində və son olaraq Xankəndidə alovlandırıb.Bu səfərlərin əsas məqsədi bayram günlərini paytaxtda deyil,öz doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərlə birgə keçirmək və onlara mənəvi dəstək olmaqdır.Bu addım həm xalqla dövlətin birliyini göstərir, həm də həmin torpaqların artıq əbədi olaraq bizdə olduğunun rəmzidir.
Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.Bu qərar bayramın həm qədim tarixini,həm də beynəlxalq səviyyədə sülh və birlik rəmzi olduğunu rəsmən təsdiqlədi.Bu nailiyyətin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun böyük xidmətləri var.Belə bir beynəlxalq status Novruz bayramının dünyada daha geniş tanınmasına,qədim adət-ənənələrimizin gələcək nəsillərə daha etibarlı şəkildə ötürülməsinə və qorunmasına xidmət edir.
Novruz xalqı birləşdirən bayramdır. Novruz bayramı əsrlər boyu Azərbaycan xalqının milli birliyini,həmrəyliyini və mehribanlığını təmin edən ən mühüm mənəvi dəyərlərdən biri olmuşdur.Bu bayramda küsülülərin barışması,insanların bir-birinə bayram payı göndərməsi və böyükdən-kiçiyə hər kəsin eyni tonqal ətrafında toplanması cəmiyyətdə sülh və qardaşlıq mühitini gücləndirir.Novruz təkcə təbiətin yenilənməsi deyil,həm də qəlblərin təmizlənməsi,insani münasibətlərin saflaşması və xalqımızın ortaq mədəni yaddaş ətrafında sıx birləşməsi deməkdir.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qədim adət-ənənələrinə,tariximizə,milli-mədəni irsimizə hər zaman böyük dəyər verib. Ümummilli lider Heydər Əliyev hər zaman vurğulayırdı ki,xalqı yaşadan və tanıdan onun milli-mənəvi dəyərləri,dili və qədim tarixidir.O,həm sovet dövründə,həm də müstəqillik illərində Azərbaycanın zəngin mədəni irsinin qorunmasını dövət siyasətinin prioritet istiqamətinə çevirmiş,milli bayramımız Novruzun xalqın mənəviyyatında tutduğu yeri ən yüksək səviyyədə qiymətləndirmişdir.Ulu öndərin bayram şənliklərində xalqla bir araya gəlməsi,milli adət-ənənələrimizə göstərdiyi dərin ehtiram və bu irsin gələcək nəsillərə ötürülməsi üçün atdığı addımlar müasir Azərbaycan dövlətçiliyinin mənəvi sütunlarını möhkəmləndirmişdir.
Novruz bayramı artıq azad olunmuş torpaqlarda böyük qürurla qeyd olunur. Novruz bayramı artıq bir neçə ildir ki,Azərbaycanın işğaldan azad edilmiş qədim torpaqlarında böyük qürur və təntənə ilə qeyd olunur.Otuz ilə yaxın həsrətdən sonra Şuşada,Cıdır düzündə və digər tarixi ərazilərimizdə bayram tonqallarının alovlanması xalqımızın mənəvi qələbəsinin və milli ruhunun yenilməzliyinin rəmzidir.Bu torpaqlarda yenidən Novruzun gəlişi həm də böyük qayıdışın,quruculuq işlərinin və həmin yerlərin əzəli sahiblərinə qovuşmasının təcəssümüdür.Azad olunmuş yurdlarımızda keçirilən hər bir bayram şənliyi keçmişimizi gələcəyimizlə bağlayan milli ənənələrimizin nə qədər sarsılmaz olduğunu bütün dünyaya bir daha sübut edir.
Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü,yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu yaşatdığı,milli-mənəvi dəyərlərimizi ən ali səviyədə təcəssüm etdirən müqəddəs bir bayramdır.Bu bayram sadəcə təbiətin oyanışı deyil,həm də tariximizin dərin qatlarından süzülüb gələn zəngin ənənələrimizin,ulu babalarımızın bizə qoyub getdiyi irsin qorunub saxlanılması deməkdir.Novruz özündə birlik,bərabərlik və sülh ideyalarını daşıyaraq keçmişimizlə gələcəyimiz arasında möhkəm bir mənəvi körpü yaradır.Yaddaşlarda həkk olunmuş adət-ənənələri bu gün də böyük coşqu ilə yaşatmağımız xalqımızın öz köklərinə nə qədər sadiq olduğunu və bu milli bayramın bizim kimliyimizdəki əvəzedilməz yerini bir daha təsdiq edir.
Hazırladı: 94 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Məmmədova Sevinc