Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür

Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən zəngin mənəvi dəyərlərini özündə birləşdirən, əsrlər boyu qorunub saxlanılan milli bayramlardan biridir. Bu bayram yalnız təbiətin oyanışını deyil, eyni zamanda insanların qəlbində yenilənmə, birlik və həmrəylik hisslərini də canlandırır. Novruz xalqımızın tarixini, adət-ənənələrini və milli kimliyini yaşadan mühüm mədəni hadisədir.
Novruz bayramının beynəlxalq səviyyədə tanınması da onun əhəmiyyətini daha da artırmışdır. Bayramın UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilməsi Azərbaycan mədəniyyətinin dünyada tanıdılması baxımından mühüm addımdır.
Bu bayramın əsas xüsusiyyətlərindən biri də insanları bir araya gətirməsidir. Novruz birlik, dostluq və paylaşma bayramıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyev bayram günlərində işğaldan azad edilmiş ərazilərə səfər edərək keçmiş məcburi köçkünlərlə görüşməsi, onların sevincinə şərik olması bu bayramın mahiyyətinə uyğun olaraq xalqla dövlət arasında möhkəm bağın göstəricisidir.
Eyni zamanda, Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə xüsusi diqqət yetirmiş, Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına böyük töhfələr vermişdir.
Bu gün Novruz bayramı artıq azad olunmuş torpaqlarda böyük qürur və sevinc hissi ilə qeyd olunur.
Ümumiyyətlə, Novruz bayramı xalqımızın milli-mənəvi irsini yaşadan, keçmişlə gələcək arasında körpü rolunu oynayan müqəddəs körpüdür.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyəhyayeva Aytel


Oxşar xəbərlər