Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan Şuşa işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan tərəfi şəhərin adapdasiyası və bərpası istiqamətində təqdirəlayiq addımlar atmağa başladı. Prezident İlham Əliyevin yanvar ayında baş tutan birinci səfəri zamanı şəhərin bərpası və lahiyələşdirilməsi istiqamətində göstərişlər verilmiş, şəhərin bərpası zamanı onun tarixi-memarlıq xüsusiyyətlərinin qorunması xüsusi ilə vurğulanmışdır. Şuşaya ilk rəsmi səfərindən cəmi 2 ay keçdikdən sonra prezident İlham Əliyevin aparılan quruculuq işləri ilə tanış olmaq və yeni strateji planları müəyyənləşdirmək istiqamətində Şuşaya ikinci rəsmi səfəri baş tutmuşdur. 14 mart tarixində baş tutan səfər çərçivəsində İlham Əliyevi onun xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva müşaiət ediblər. Onlar Şuşada yerləşən bir çox tarixi memarlıq abidələrini ziyarət ediblər və bu abidələrin bərpası layihələri ilə yaxından tanış olublar. İlk öncə Vaqifin məqbərəsini ziyarət edən İlham Əliyev abidədə artıq başlanan bərpa işləri ilə tanış olub. O, bərpa zamanı burada çəkilmiş köhnə şəkilləri göstərərək hər şeyin əvvəlki dizaynı ilə eyni olması ilə bağlı xüsusi göstəriş verib. Fikirləşirəm ki, bunun əsas səbəbi abidəni tamamilə məhv edərək azərbaycanlı izlərini burdan itirməyə çalışan düşmənə bunun mümkünsüzlüyünü göstərməkdir. Daha sonra Şuşanın mərkəzində yerləşən Pənahəli xanın sarayını ziyarət edən İlham Əliyev burada bir daha erməni vandalizminin təzahürlərini göstərib və dünya təşkilatlarını bir daha buna şahid olmağa səsləmişdir. “Burdan sanki vəhşi bir qəbilə keçmişdir” deməklə düşməni layiqli şəkildə təsvir etməyi də unutmamışdır. XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksində və Şuşa Dövlət Rəsm qalereyasında olan prezident İlham Əliyev bu binaların da memarlıq üslubunun saxlanılması ilə bərpası haqqında göstərişlər vermişdir. Şuşada yerləşən Qarabağ mehmanxanasında olan İlham Əliyev otelin bərpası və tezliklə Şuşaya gələcək qonaqları qarşılamaq üçün hazır vəziyyətdə olması istiqamətindəki işlərlə tanış olmuş, eyni zamanda Şuşanın turizm imkanlarının dəyərləndirilərək burada beş, dörd və üç ulduzlu otellərin açılması ilə bağlı danışıb. Şuşada açılacaq Park Otelin layihəsi ilə də səfər zamanı tanış olmuşdur. Qarabağ mədəniyyətinin əsas təcəssümlərindən olan xalçaçılığın inkişafı ilə də bağlı ölkənin xüsusi inkişaf planı nəzərdə tutulmuşdur. Bu istiqamətdə Şuşada yerləşən Xalça muzeyində olan İlham Əliyev buranın bərpasının da tezliklə həyata keçirələcəyini bildirmişdir. Şuşa sanatoriyasına da baxış keçirən İlham Əliyev buraya turist axını olacağını bildirmişdir. İlham Əliyev səfəri zamanı bildirmişdir ki, ermənilər tərəfindən Şuşada bir dənə də olsun yeni bina tikilməmişdir, buradakı binalar Azərbaycan tərəfindən tikilmiş binalardır. Şuşa kimi mənzərəsi və mədəniyyəti olan bir şəhəri bu vəziyyətə salmağı vəhşilik adlandıran İlham Əliyev Şuşanın nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini bildirmişdir. Son olaraq Daşaltı kəndinə səfər edərək burada da aparılacaq quruculuq tədbirlərindən danışan İlham Əliyev bu kəndin qədim Azərbaycan kəndi olduğunu bildirmişdir. Eyni zamanda müzəffər ordumuzun Daşaltıdan şəhərə necə girməsi ilə bağlı danışaraq
hərbçilərimizin döyüş yolunu da xatırlayıblar. Səfərin sonunda ilk səfərində olduğu kimi havanın günəşli olmasına diqqət yetirən prezident “Günəş bizi salamlayır” deməklə Azərbaycanı gözləyən işıqlı gələcəkdən xəbər verib. Şuşa biz qayıtmışıq və səni artıq bərpa edirik, çünki sən bizimsən, çünki sənin hər küçəndə, hər qarışında, hər daşında Azərbaycanın izi var. Bu il ilk dəfə biz Şuşanın işğalından illər ötür sözünü demədik, sevinc və qürurla danışdıq. Şuşa sən azadsan! Şuşa biz səni dirçəldəcəyik! Şuşa sən Azərbaycansan!
Balaxanı qəsəbəsi, 69 saylı məktəbin tarix müəllimi Xəyalə Əsgərli
hərbçilərimizin döyüş yolunu da xatırlayıblar. Səfərin sonunda ilk səfərində olduğu kimi havanın günəşli olmasına diqqət yetirən prezident “Günəş bizi salamlayır” deməklə Azərbaycanı gözləyən işıqlı gələcəkdən xəbər verib. Şuşa biz qayıtmışıq və səni artıq bərpa edirik, çünki sən bizimsən, çünki sənin hər küçəndə, hər qarışında, hər daşında Azərbaycanın izi var. Bu il ilk dəfə biz Şuşanın işğalından illər ötür sözünü demədik, sevinc və qürurla danışdıq. Şuşa sən azadsan! Şuşa biz səni dirçəldəcəyik! Şuşa sən Azərbaycansan!
Balaxanı qəsəbəsi, 69 saylı məktəbin tarix müəllimi Xəyalə Əsgərli