Prezident cənab İlham Əliyev cari ilin 12 noyabr tarixində Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Türk Dünyasının Ali Ordenini təqdim edərkən “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, “qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”
Türk Dövlətləri Təşkilatının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq yeni ad altında fəaliyyət göstərəcək) dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir.
Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. 2009-cu ild
ə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir;
Azərbaycan xalqı 30 illik işğala son qoydu. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin cəsarətli liderliyi sayəsində Azərbaycan 44 gündə tarix yazaraq 30 il davam edən işğala nöqtəni qoydu. Bu haqlı mübarizə nəticəsində 2020-ci ilin 8 noyabrında hamımız üçün böyük mənası olan Şuşa xilas edildi. Azərbaycan hökuməti xalqının meydandaki zəfərini 9 noyabr 2020-ci il tarixli Üçlü Sülh Müqaviləsi ilə taclandırdı. Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd etdi. Xalq özü Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qalmış qətnamələri yerinə yetirdi. Tarixi ədalət bərpa olundu, beynəlxalq hüquq bərpa olundu. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq, o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi və yüzlərlə şəhər, kənd sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir;
Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək verən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların istehsalı planlaşdırılır.
Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Əflakə Rəhmanova