Prezident Kərim Tahirovu təltif etdi

Prezident Kərim Tahirovu təltif etdi Prezident İlham Əliyev Kərim Məhəmməd oğlu Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qanuninfo.az” xəbər verir ki, o, Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Professor K.Tahirov Azərbaycan Milli Kitabxanasının direktorudur. Noyabrın 12-də onun 70 yaşı tamam olub.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının, ümumilikdə dünyanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, əldə etdiyi uğurlu nəticələr hər zaman diqqətlə izlənilir, təqdir olunur, ali mükafata layiq görülür. Ölkə Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bu mükafatı böyük şərəf, eyni zamanda, böyük məsuliyyət kimi dəyərləndirərək bildirmişdir ki, sevincimi ikiqat edən bu Ali Ordenin Türk Şurasına üzv ölkələrin dövlət başçılarının imzası və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə təqdim edilməsidir. Bu mükafat təkcə Müzəffər Ali Baş Komandan, bu günlər qardaş Türkiyədə deyildiyi kimi, İkinci Qarabağ müharibəsinin Qəhrəmanı cənab İlham Əliyevə deyil, Vətən uğrunda tarixi savaşın qalibi olan bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Həqiqətən də Ali Baş Komandanımız 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizi təmin etməklə adını tarixə qalib Lider, torpaqlarımızın xilaskarı kimi yazdı. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən qarşıdakı illərin prioritetlərini açıqlayaraq əsas amalının Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olduğunu bəyan etmişdi. Təbii ki, buna nail olmaq üçün bütün sahələrdə daha da güclənmək, ən əsası tarixi faktlara, real məsələlərə söykənərək Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etmək lazım idi. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və erməni işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmaları öz əksini tapmışdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” mükafatı ilə təltif edilməsində əsas amil kimi önə çəkilən tarixi Zəfərimiz türk dünyasında birliyin və həmrəyliyin gücləndirilməsində də mühüm rol oynadı.

Oxşar xəbərlər