XX əsrin sonlarında Azərbaycan çox ağır siyasi, iqtisadi və mədəni böhran içərisində idi. Həyatın bütün sferalarında olduğu kimi dövlət idarəetməsi də dərin böhran keçirirdi. Bu dövrdə Azərbaycanı yaranmış vəziyyətdən xilas etmək, vətəndaş qarşıdurmalarından, parçalanma təhlükəsindən, eləcə də sosial-iqtisadi problemlərin məngənəsindən xilas edəcək dövlət xadiminə, dahi şəxsiyyətə ehtiyac yarandı. Azərbaycan xalqı öz seçimini edərək Heydər Əliyevi hakimiyyətə gətirdi. Ümummilli Lider Heydər Əliyevin doğru, düzgün, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf etdi. Azərbaycan xalqının 2003-cü ilin oktyabrında Heydər Əliyev yolunun davamçısı cənab İlham Əliyevin güclü, əmin əllərinə etibar etməsi isə xalqımızın tarixindəki növbəti uğurlu və doğru seçim idi.
Xalqımızın bu seçimi ölkəmizin daha böyük uğurlarına yol açdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqilliyini yeni qazanmış, hələ gənc olan dövlətimizi tarixin, eləcə də regionunun ən qüdrətli ölkəsinə çevirdi, ən güclü inkişaf mərhələsinə yetirdi. Neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafı da cənab Prezidentin siyasətinin prioriteti idi. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəldən İlham Əliyev Azərbaycanı başdan-başa abadlıq meydanına çevirdi. Həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə bir sıra problemlərin qısa müddətdə həllinə Nail oldu. Cənab Prezident İlham Əliyev nəyinki daxili, həm də qlobal problemləri daim diqqət mərkəzində saxlayırdı.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Fərqli mədəniyyətlərin təmas mərkəzi və tolerantlıq nümunəsidir. İqtisadi, siyasi və eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsindən qələbə qazanmasında əhəmiyyətli dərəcədə rol oynadı.
Azərbaycan müasir dünyanın çağırışlarına qarşı necə həssas yanaşırsa, dünyada baş verən problemlərə də o fonda yanaşır. Ölkə həyatına gətirilən innovasiyalarla, mövcud insan resurslarının daha da təkmilləşdirilməsi ilə Azərbaycan dünyanın ən çağdaş ölkələrindən biridir. Uzun bir müddətdir ki, dünya səhiyyəsini çıxılmaz vəziyyətdə qoyan Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan yeni bir model yaratmağa nail oldu. Hansı ki, bu gün dünyanın bir çox ölkələri tərəfindən bu model tətbiq edilir və təqdirəlayiq hal kimi qəbul edilir. Azərbaycan səhiyyəsinin gücü, inkişaf etməsi pandemiya ilə mübarizədə Azərbaycanı çox da çıxılmaz vəziyyətdə qoymadı. Bunun bariz nümunəsi kimi Ölkə başçısı tərəfindən bir çox modul tipli xəstəxaların yaradılması, xaricindən virus əleyhinə xüsusi mütəxəssislərin, eləcə də vaksin dozalarının gətirilməsi Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir. Bu gün Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altına alınmış, insanların sağlamlığı üçün hər bir şərait yaradılmışdır.
Müasir dünyada müharibə aparmaq, xüsusi növ yeni texnikalardan, döyüş sursatlarından istifadə edərək düşmənə qarşı mübarizə aparmaq həqiqətən də ən çətin və mürəkkəb bir prosesdir. Azərbaycan Respublikası 30 il ərzində heç bir fəaliyyət göstərərək münaqişəni aradan qaldırmağa cəhd göstərməyən Minsk qrupunun kağız üzərində qalan fəaliyyətini yerinə yetirdi. Azərbaycanın apardığı qətiyyətli mübarizəsi
dünya hərb tarixində dərin və silinməz iz buraxdı. Artıq biz müharibənin zəfərinin bir ilini qeyd etdik. Məhz bu ərəfələrdə Azərbaycan Ermənistan ilə sülh danışıqları aparmağa hazır olduğunu bir daha bəyan etdi. Bu bir daha ölkəmizin sülhpərvər məqsədinin bariz nümunəsidir. Sentyabrın 24-də BMT Baş Assambleyası qarşısında etdiyi çıxışında Prezident Əliyev bildirib.
“Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilə
Hər bir sahədə üstün olan Azərbaycan müharibə meydanında da üstünlüyünü təsdiq etdi. Hətta Amerika ordusunun hava hücumundan müdafiə sistemlərinin qərargah rəisi General David Goldfein etiraf edib ki, Azərbaycan ordusunun apardığı əməliyyatlardan bəhrələnməliyik. Prezident cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan nüfuzlu siyasi -iqtisadi gücə çevrilib. Beləliklə, Azərbaycan müstəqillik əldə etdikdən bu yana daha güclü və daha əzmlidir. Artıq Azərbaycan beynəlxalq aləmdə dostluğun, tərəfdaşlığın əsil nümunəsinə çevrilib. Azərbaycan xalqının orduya olan böyük etimadı böyük Vətən müharibəsində də öz təsdiqini tapdı.
Balaxanı qəsəbəsi, 259 saylı tam orta məktəbin
İbtidai sinif müəllimi Venera Mustafayeva