Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması dünya azərbaycanlıları tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq- iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etdi. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir.
2003-cü ildən etibarən Azərbaycanın demokratik prinsiplərə əsaslanan inkişafı, əldə etdiyimiz böyük uğurlar Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qətiyyətli, güclü fəaliyyəti, onun dövlətimiz və xalqımız üçün həyata keçirdiyi misilsiz xidmətləri, eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin bariz nümunəsi olaraq, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enmişdir. Həmçinin uğurlu proseslərin davamı kimi söyləyə bilərəm ki, Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Faktlara əsaslanaraq söyləyə bilərəm ki, neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. 1990-cı illərin başlanğıcında torpaqlarımızın 20%-i erməni mənfurları tərəfindən işğal olunduqdan sonra bir milyondan çox soydaşımız məcburi köçkün və qaçqın vəziyyətinə düşmüşdür. Cənab Prezidentin bütün vətəndaşlarımıza, xüsusilə də bu həssas qrupdan olan şəxslərin ehtiyaclarının təmin edilməsi üçün bu günədək 8 milyard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunmuşdur. Azərbaycan dünyada humanist ölkə missiyasını həyata keçirir və qlobal problemə çevrilən yeni növ koronavirusla mübarizədə həm ölkəmizdə modul tipli xəstəxanalar, klinikalar, tibbi maska istehsal edən müəssisə açılmış və vətəndaşlarımızın sağlamlığı prioritet məsələ kimi əsas götürülmüşdür, həm də COVID-19 ilə bağlı dövlətimiz 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Beləliklə, öz fəaliyyəti ilə ölkəmizin inkişafına layiqli töhfə verən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarımızda imzası var. Elə partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyətdir.
Bayramova Həqiqət, 75 saylı orta məktəbin direktoru