Qalx, qalx, sən ey mərd xalq!
Yer titrəsin məhvərindən..!
1988-ci ilin noyabr ayından başlayaraq bu günlərə qədər davam edən azadlıq mübarizəsindəki zəfərləri yalnız Koroğlular, Babəklər, Cavanşirlər diyarı olan Azərbaycana məxsusdur. Mübariz xalq, yenilməz birlik, müzəffər ordu və bütün bunların fövqündə dayanan Ali Baş Komandan-Sərkərdə yaşıdlarımın qismətinə yazılmış bu tarix parçasında Vətənin ağrı-acısıyla yanaşı Zəfər tarixinin şanlı səhifələri də var imiş.
“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyri-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib”.
Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışı hər bir vətəndaşa qürur və fəxarət hissi yaşadır.
Bu hisslərin arxasında verdiyimiz qurbanları da unutmamalıyıq.
30 illik işğal altında qalan torpaqlar, atəşkəs olmasına baxmayaraq ara-sıra düşmən təxribatına məruz qalan dinc əhali, hərbçi və əsgərlərimiz. Canlı qurbanlarımızla yanaşı təbiətimizə, tarixi abidələrimizə dəyən zərbə zaman-zaman bərpa olunacaq.
“Vətən sağ olsun!” deyib döyüşə atılan Mübarizlər, Ağacavadlar, Əliağalar, Məhərrəmlər, Tahirlər, Rəşadlar Şəhidlik Zirvəsinin Fatehləri kimi əbədi qəlbimizdədir.
Zəfər tarixinin əbədiyyətə qovuşan Şəhid şahidləri hörmətlə yad edilir, bu 44 gün müddətində ailələrə baş çəkilir, qazanılan qələbədə xidməti olan hərbçilər, əsgərlər, qazilərlə görüş keçirir və onlara bir ömür borclu olduğumuzu bildiririk.
Dövlət tərəfindən təqdim olunan təltiflər, şəhid ailələrinə olan qayğı, şəhidlərə sonsuz hörmət və sevgi hissindədir. Onlar Vətəni bizim üçün qorudular və bu gün biz müəllim ordusu gənc nəslə Vətən sevgisini ötürməliyik və yaşatmalıyıq.
27 sentyabr 2020-ci ildən başlayaraq Azərbaycanın qələbəsi ilə10 noyabr 2020-ci il tarixində başa çatan 44 günlük II Qarabağ Müharibəsi bunu bir daha sübut etdi ki:
“Azərbaycan dünyaya günəş kimi doğacaq”.
- Ulu Öndər
Maştağa qəsəbəsi, 128 saylı tam orta məktəbin
direktoru Sədaqət Əliyeva