Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs, ən ali nemətdir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Bu mübarizədə xalqın taleyində elə tarixi əhəmiyyətə malik günlər olub ki, həmin günlər Azərbaycan xalqının inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayaraq şanlı tariximizi daha da zənginləşidirərək ucaldıb.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da öz müstəqilliyinə qovuşdu. Çox təəssüf ki, ölkədə gedən xoşagəlməz proseslər gənc müstəqil Azərbaycanın öz siyasətini aparmasına, xalqın maraqlarını doğrultmasına imkan vermirdi. Səriştəsiz dövlət rəhbərləri ölkədə elə xaos, anarxiya, özbaşınalıq yaratmışdılar ki, müstəqillik artıq uçuruma doğru gedirdi. Ölkənin nəinki iqtisadiyyatı, bütün sahələri tamamilə idarəolunmaz vəziyyətdə idi. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlandı və nəticədə torpaqlarımız işğal edildi. İşğal zamanı erməni qəsbkarları tərəfindən saysız-hesabsız günahsız insanlar qətlə yetirilib, ata-baba yurdlarından didərgin salınanların sayı isə durmadan artırdı. Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoydu. Vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Belə bir zamanda ölkəninin nicat tapması, işğaldan və daxili parçalanmadan qorunması üçün xalqın şəxsiyyət və milli liderə ehtiyacı əsas şərt idi.Beləliklə, vətənin ən ağır günündə xalq Azərbaycanın xilasını yalnız Heydər Əliyevin simasında gördü. Elə o zamandan da sözün həqiqi mənasında, ölkəmizin taleyində çox böyük dönüş anı oldu.
Milli Ordunun formalaşdırılması, silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı atılan bütün addımlar ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi idi. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlayaraq xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Demək olar ki, həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.Ulu öndərin 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən ona özüm qədər inanıram"- deyərək layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev bütün bu prosesləriuğurla həyata keçirərək müstəqil dövlətimizin daha da yüksəlməsinə təkan verdi. Bizi yalnız ciddi narahat edən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması idi ki, bu da Azərbaycanın xarici siyasətinin prioritet istiqamətilərindən biri idi. Ali baş komandan İlham
Əliyev bütün gücü ilə bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə də nail olur ki, bu da Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlanan əks-hücum əməliyyatınin nəticəsində əldə edildi. Müzəffər ordumuz üç yüzdən çox şəhər, qəsəbə və kəndlərimizi işğaldan azad etdi. Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları bəyanatla münaqişənin həlli diplomatik mərhələyə daxil oldu. Beynəlxalq siyasi icmalçılar bu sənədi Ermənistanın məğlubyyəti, Azərbaycanın isə hərbi zəfərinin təsdiqi kimi qiymətləndirdilər. Azərbaycan xalqı tarixinin ən möhtəşəm və yaddaqalan günlərini yaşadı. 28 il işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edən Şanlı Ordumuz Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdı. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Ən əsası isə, bu qələbəmiz həm də Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu və güclü xalq strategiyasının məntiqi nəticəsi idi. Noyabrın 10-da əldə edilmiş bu zəfər Azəbaycan xalqının əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu zəfər sözün əsl mənasında, Ali Baş Komandan İlham Əliyevin, Şanlı Ordumuzun milli şüurumuzda iz qoyacaq ən böyük diplomatik qələbəsi idi. Qarabağ Azərbaycandır! Yaşasın Şanlı Ordumuz!
Bakıxanov qəsəbəsi, 252 saylı məktəb-liseyin
Müəllimi Vəfa Rzazadə