1988-2020. Düz 30 il. Ağrılı-acılı, qanlı-qadalı illər. Müharibənin soyuq üzü. Qaçqınlıq, didərginlik, anaların saçlarında xınalanan şəhid qanı. Daha nələr, nələr... Torpağımıza göz dikən mənfur ermənilər. Bir millətin başına zaman-zaman gətirilən müsibətlər.
Və nəhayət bir gün. 27 sentyabr 2020-ci il. Həmin gün Azərbaycan xalqının tarixində və taleyində dönüş günü oldu. İllərlə üst-üstə gələn erməni təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu bütün cəbhə boyu döyüş əməliyyatlarına başladı. Mənim şanlı ordum Azərbaycan tarixini yenidən yazdı. 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə nəticələnən vətən müharibəsi mənim xalqımın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının birliyi prezident İlham Əliyevin sarsılmaz qətiyyəti, qeyrətli vətən oğullarının dəmir yumruğu bizə şanlı Zəfər gününü bəxş etdi. Xalq-Ordu birliyi sayəsində haqq-ədalət bərqərar oldu. Respublikamızın ərazi bütövlüyü bərpa edildi. Ali Baş Komandan İlham Əliyevin prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, apardığı daxili və xarici uğurlu siyasət qazandığımız qələbənin baş tutmasında ən önəmli amil oldu.
Təbii ki, qansız-qadasız müharibə olmur. Şəhidi olmayan bir xalq müstəmləkədir, müstəqil dövlət deyil. Və torpaq ona görə doğmadır ki, onun hər qarışında şəhid qanı var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, şəhid analarına sonsuz səbir, şanlı Azərbaycan ordusuna böyük qələbələr diləyilə...
Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov adına 155 saylı tam orta
məktəbin ibtidai sinif müəllimi Lamiyə Xanlarova