Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. Erməni işğalçıları dəfələrlə təxribatçı hərəkətlər edirdilər. Azərbaycana qarşı dəfələrlə atəşkəsi pozurdular. Tovuz hadisələri bunu özündə əks etdirdi. Otuz ildən artıqdır ki,torpaqlarımız işğal altında idi. Bütün xalqımız torpaqlarımızın işğaldan azad olunmasını istəyir və bunun üçün çalışırdı.Müzəffər ordumuzun Ali Baş Komandanı Prezident İlham Əliyev öz xarici siyasətində çox uğurlu addımlar atdı. O, daima Azərbaycanın haqq səsini xarici dövlətlərə çatdırmağa çalışırdı.Beynəlxalq təşkilatlarda çıxışlarında hər dəfə bu barədə məlumatlar verirdi.
İşğalçı Ermənistanın sülh danışıqları proseslərini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. 27 Sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ döyüşü 44 gün davam etdi. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır” ifadəsi ordumuzu hər gün zəfərdən zəfərə aparan şüara çevrildi. Azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırıldı. Azərbaycanın şanlı tarixinə parlaq,qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan Ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirdi və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll etdi.
2020-ci il noyabr ayının 9-dan 10-na keçən gecə Rusiya,Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi.Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Bəyanatda bildirilir ki,Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalırlar.Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarıldı. Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı mərkəz yerləşdirildi. Ermənistan Respublikası 20 noyabr tarixində Ağdam rayonunu,25 noyabr tarixində Kəlbəcər rayonunu, 1 dekabr tarixində isə Laçın rayonunu Azərbaycana təhvil verdi. Bundan başqa bəyanatda bildirilir ki,üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar. Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazırdır. Respublikamız bu prinsiplərə riayət etməklə Ermənistan ilə
sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına hazırdır. Ümidvarıq ki,Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
müəllimi Ülviyyə Hacıyeva