Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli toplantıda qürurla Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını bəyan etməklə, Azərbaycan xalqının uzun illər keçsə də unutmadığı torpaqlarının uğrunda apardığı ədalətli mübarizəsini beynəlxalq aləmin nəzərinə çatdırdı. Onun son bir ildə bu kimi nüfuzlu toplantılarda etdiyi obyektiv, cəsarətli və qətiyyətli çıxışları Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasında, işğalçı Ermənistanın yalanlarının ifşa olunmasında, tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv rəyin formalaşmasında mühüm rol oynamışdır.
Məhz İlham Əliyevin dəmir yumruğu sayəsində 30 illik münaqişə cəmi 44 gün ərzində öz həllini tapdı, tarixi ədalət bərpa olundu. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfərində İlham Əliyevin şəxsində sərkərdə amilinin nə dərəcədə müstəsna rol oynadığının əyani təsdiqi hesab edilə bilər. Lakin unutmamalıyıq ki, hal-hazırda haqqında şərəflə, qürurla danışdığımız şanlı qələbəmiz böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işlərinin, illərlə yürüdülən uğurlu xarici siyasətin, Azərbaycanın haqlı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən effektiv işlərin, vətənpərvər, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan əsgərlərdən, müasir dövrün tam fərqli döyüşlərini aparmağa imkan verən zəngin hərbi texnikadan ibarət milli, nizami, qüdrətli ordunun yaradılması sayəsində əldə edilmişdir. İlham Əliyev öz qüdrətli ordusunu yaratdı, qələbə çaldı və işğaldan azad olunan, şəhid qanı ilə qarışaraq müqəddəslik qazanan ərazilərimizə səfər edərək möhtəşəm zəfərini bütün dünyaya bəyan etdi, əsgərləri ilə birgə mahir sərkərdə kimi yeni tarix yazdı.
Beynəlxalq dəstəyə gəlincə isə Vətən müharibəsi zamanı Azərbaycanın regionda yeni tarixi reallıqlar yaratmasına əməli və mənəvi dəstək olan bütün ölkələri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycan əleyhinə bəyanatını geri götürməyə məcbur edən BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin dəstəklərini unutmamalıyıq. Bu ölkərin dəstəyini qazanmağımızın əsas səbəbi yenə də Azərbaycan dövlətinin həmin ölkərə etdiyi yaxşılıqlardır. Təbii fəlakətlər, pandemiya zamanı edilən humanitar və maddi yardımlar, vaksin yardımları bu qəbildəndir.
Ümid edirik ki, “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı” reallığı ilə düşmən də nəhayət ki, sağlam düşünərək razılaşacaq və dünyanın ən gözəl və səfalı ərazilərindən biri olan Qarabağ torpağı bir də silah səsi, şəhid qanı görməyəcək.
Dövlət Gömrük Komitəsinin Akademiyasının
müəllimi Fəridə Əliyeva