Bugün bu məqaləni 30 il torpaqları işğal altında olan xalqın nümayəndəsi kimi yox, zəfər qazanmış, tarixi torpaqlarını işğaldan azad edən, güclü ordusu olan xalqın nümayəndəsi kimi yazıram. Bildiyimiz kimi 27 sentyabr tarixi qələbəmizə gedən yolun başlanğıcı kimi tarixə düşmüş və artıq biz bu günü anım günü kimi qeyd edəcəyik. Təbii ki, böyük şərəf və qürur hissi ilə. Bu gün biz rahat yaşayır, başımız dik gəziriksə və haqq ədalətin bərpa olunduğu anları böyük qürur və sevinc hissi ilə yaşamışıqsa, hər zaman buna görə Şəhid və qazilərimizə borcluyuq. Onlar öz qəhrəmanlıqları ilə tarix yazan,güclü iradə və əzmləri ilə sona qədər döyüşən igid qəhrəmanlarımızdırlar. 44 günlük “Vətən müharibə”si bizə öz haqq səsimizi dünyaya çatdırmaqla bərabər, tarixi və əzəli torpağımız “Qarabağ”ı qaytarmaqla da öz möhürünü qoyan tariximizin şanlı səhifəsidir.
Cənab Prezidentin işğaldan azad olunan ərazilərə səfərini izlərkən orada erməni vandalizmini və bunun acı nəticələrini görmüşük. Lakin artıq bu ərazilərimizdə cənab Prezidentin göstərişi ilə yenidənqurma və bərpa işləri gedir. Yaxın zamanlarda “Füzuli aeroportu” istifadəyə verildi. Ağdamda da yenidənqurma işləri davam edir və inanırıq ki, bu bərpa nəticəsində yenidən torpaqlarımızda həyat “canlanacaq”.
Müharibə dövründə bir daha şahid olduq ki, həqiqətən də ölkəmizdə ordu quruculuğu mükəmməl səviyyədədir. Məhz bu uğurlu ordu quruculuğunun mükəmməl səviyyədə olması ölkənin hərbi qüdrətinin də artmasında müstəsna əhəmiyyətə malikdir. 44 günlük müharibə zamanı bizim təcrübəmizi öyrənməyə çalışan ölkələr olmuşdur.
Sonda demək istərdim ki, 27 sentyabrda müharibəyə başlamaq qərarı haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar idi və bu tarixi qərar 30 illik işğalın, haqsız işğalın sonunu gətirən, vaxtında verilmiş düzgün qərar idi.
Ramana qəsəbəbəsi, E. Məhərrəmov adına137 saylı tam orta məktəbin
tarix müəllimi Sadiq Allahverdiyev