Düşünəndə ki, illər keçəcək sevinc, kədər və qürur duyğularını qarışıq bir şəkildə yaşadığımız müharibə günlərini görməyən, sadəcə bizim anlatdıqlarımızla, müharibə barədə yazılanlarla yetinən bir nəsil yetişəcək insan özünü şanslı hesab edir. Yalnız məsələnin digər bir yanı var, bunu bizə yaşadanlar, tarixdə qalanlar hazırki zamanda daha yoxdur, onlar artıq sonsuzluqlardadır, analarının sonsuz gözyaşlarında, yoldaşlarının həsrət çəkən gözlərində, balalarının ata yanğısındadırlar və eyni zamanda bütün Azərbaycan xalqının qəlbindədirlər. Bəli, müharibə bizə bizimlə bağlı çox sirləri açdı, bir daha özümüzü xalq olaraq tanımağa başladıq, millət olaraq bir olmağın, bir yumruq kimi birləşməyin həzzini yaşadıq. Belə bir söz var qalib heç vaxt sorğulanmır. Bəli biz qalib gəldik. Yaxşı bəs təkcə Ermənistan ordusunamı qalib gəldik? Təbii ki xeyr Azərbaycan xalqı illərdi ona qarşı edilən bütün haqsızlıqlara, bu məsələdə açıq və ya gizlin bizə qarşı birləşən bütün qüvvələrə, içindəki qorxuya qalib gəldi. II Qarabağ müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. Tarixin sübut etdiyi faktlardan biri odur ki, torpaqdan pay olmur. Əgər sənin olan torpaqlar əlindən alınırsa və bu xüsusi amansızlıq və ədalətsizliklə həyata keçirilirsə bu artıq həmin nəslin olmasa belə ondan sonra gələn nəsillərin yeni bir missiyasının olduğuna dəlalət edir. 2020-ci il bu missiyanın həyata keçirilməsi ili oldu. Azərbaycan xalqı tarixi ədalətin bərpasını öz ordusu və yenilməz gücü ilə bacardı. 1988-1994-cü illəri əhatə edən I Qarabağ müharibəsi illərində Azərbaycan xalqının yaşadığı mənəvi-psixoloji sarsıntılar, maddi zərərlər keçən 30 il ərzində sadəcə qabıq bağlamış bir yaraya çevrilmişdi. İki müharibəni təhlil etdiyimiz zaman onlar arasında bir çox fərqlərin olduğunu görürük. Birincisi I Qarabağ müharibəsi zamanı Azərbaycan xalqı özünə dost hesab etdiyi və illərlə birgə yaşadığı qarşı tərəfdən bu vəhşilikləri gözləmirdi, çünki düşmən illərlə öz məqsəd və maraqlarını gizlətməyi, özünü tamam başqa cilddə göstərməyi bacarmışdı. O səbəbdən də baş verən hadisələr Azərbaycan xalqı üçün eyni zamanda gözlənilməz “ dost “ zərbəsi idi. II Qarabağ müharibəsi başladıqda isə I-nin əksi olaraq artıq xalq düşməninin kim olduğuna və onun nələrə qadir olduğuna bələd idi və keçən illər ərzində aparılan təbliğat nəticəsində kiçiyindən böyüyünə hər kəsin ürəyi bir gün tarixi ədalətin bərpası arzusu ilə döyünürdü. İkinci bir fərq o idi ki, I Qarabağ müharibəsində Azərbaycanın nəinki peşəkar, heç ordusu belə yox idi, gözlənilməz xətlə inkişaf edən hadisələr fonunda özünü müdafiə məqsədi ilə batalyonlar yaradılır, xalq özü özünü kustar üsullarla müdafiə etməyə çalışırdı və bütün bunların hansı faciələrə yol açdığını hər birimiz yaxşı bilirik. II Qarabağ müharibəsində isə Azərbaycanın müasir, peşəkar, dünya orduları içində seçilən güclü ordusu var idi və bu ordu hər bir təchizatla, müasir silahlarla təmin olunmuşdu. Ordumuz peşəkar hərbiçilərimizin hazırladığı xüsusi planlar və hərbi taktikalarla irəliləyirdi. Keçən illər ərzində ordu quruculuğunda həyata keçirilən işlər, yenilməz Azərbaycan ordusu, Azərbaycan zabiti və Azərbaycan əsgəri fikiri artıq öz təstiqini tapmış oldu. Digər və ən əsas məsələlərdən biri vahid komandanlığın olması məsələsidir. I Qarabağ müharibəsi zamanı ölkə daxilində baş verən qütübləşmə, hakimiyyət davası xalqın başsız qalması vəziyyəti ağırlaşdıran ən əsas amillərdən biri olmuş, xalq kimə güvənəcəyini, kimdən dəstək ala biləcəyi məsələlərində çarəsiz bir vəziyyətdə qalmışdı. II Qarabağ müharibəsində isə bunun tam əksi olaraq ali baş komandan İlham Əliyevin başçılığı altında vahid komandanlıq, xalqın güvəndiyi hakimiyyətin olması amili, hakimiyyət tərəfindən hərbi əməliyyatların gedişində verilən ardıcıl məlumatlar xalq və hakimiyyətin birgə mübarizə faktorunu gücləndirmişdir. II Qarabağ müharibəsində I-nin əksi olaraq dünyaya öz haqq səsimizi çatdırmağı hadisələrin gedişi zamanı faktlarla və Prezident İlham Əliyevin verdiyi müsahibələrlə daha çox bacardıq. I Qarabağ müharibəsində olduğu kimi dünyada Azərbaycanın imicinə zərbə vuran yanlış informasiyaların yayılmasına bu müharibədə izin verilmədi. Ümumiyyətlə iki müharibə arasındakı bir çox fərqləri sadalamaq olar.
Müharibə heç bir xalqın arzulaya biləcəyi şey ola biləməz, ancaq bəzi xalqların müharibə alın yazısına çevrilmişdir. Tarix fəlsəfəsinə əsasən zənginliyi ilə seçilən xalqların müharibə ocaqlarına çevrilməsi və daim hücum obyekti olması qaçınılmazdır. Azərbaycan xalqı illərlə müxtəlif müharibələr görüb, hər dəfəsində bir çox haqsızlıqlara məruz qalıb. Bunun ən əsas səbəbinin millət olaraq formalaşma prosesimizin ləng inkişafında görürəm, ancaq iştirakçısı olduğumuz heç bir müharibədə bu 44 günlük müharibədə olduğu kimi bir ürək, bir yumruq olmağımız faktı olmayıb. Əgər bu müharibədə Azərbaycan zabiti, əsgəri cəbhədə can qoyurdusa bunun səbəbi o idi ki, o bilirdi ki, 10 milyon Azərbaycan xalqı hamısı onun yanındadı. Tək ölkəmizdə yox, xaricdə yaşayan həmvətənlərimizin də bu müharibədə öz xalqı ilə necə can bir qəlb olmasını gördük. Müharibə bizdən çox şey aldı, 2783 rəqəmi ilə başlayıb daha sonra artan rəqəmlər fonunda ürəyimizə yara olan taleləri... Eyni zamanda çox şeydə qazandıq qalib ordu fikrini, millət olaraq birgə olmanın zövqünü, gedən torpaqlarımızın qayıtması ilə “ Böyük Qayıdışı “ ...Prezident İlham Əliyevin öz çıxışlarında hər dəfə vurğuladığı “Qarabağın azad olunması bizim üçün hər şeydən öncə tarixi ədalətin bərpasıdır” fikri əsas şüara çevrilmişdir. Bu ədaləti bərpa etməyi Azərbaycan xalqı və yenilməz Azərbaycan ordusu bacardı. Bərpa olunan ədalətimiz, şanlı qələbəmiz əbədi olsun.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli